İsmayıllılar koronovirusa qalib gələcək - FOTO

İsmayıllılar koronovirusa qalib gələcək - FOTO
İsmayıllıda COVID-19 infeksiyasına qarşı peyvənd olunma prosesi davam edir. Vaksinasiya hazırda 40 yaşdan yuxarı olan insanlar üçün aparılır. Həmçinin, İsmayıllı rayonunun təhsil və səhiyyə işçiləri, hüquq mühafizə orqanlarında, sosial sektorda və ictimai-iaşə, ticarət obyektlərində çalışanların əksər hissəsi hər iki dozanı qəbul edərək vaksinasiyadan keçib. Eləcədə rayonun digər müəssisə və təşkilatlarında çalışanlar, habelə rayon sakinləri vaksinasiyada fəal iştirak edirlər.

 

Rayonda qeydiyyatda olan 87 min 400 əhali var ki, artıq onlardan 12 min nəfərdən çox rayon sakini vaksinasiya edilib. Vaksinasiya olunanların 9 min nəfərinə isə 2-ci doza vurulub. Bu da hər yüz nəfərdən 14-nün bu prosesdə iştirakı deməkdir. İsmayıllı regionlar üzrə vaksinasiya faizinə görə Respublikada 6-cı yerdədir.


Dünyanı cənginə alan bu təhlükəli virusa qarşı vətəndaşların peyvənd olunması mərhələli şəkildəaparılır.


 

Bu qabaqcıl göstəricilərdə əməyi olan və vaksinasiyada fəal iştirak edən rayon sakinlərinə İsmayıllı Rayon İcra Hakimiyyəti dərin təşəkkürünü bildirir, bundan sonrakı mərhələrdə də aktiv iştirak etməyə çağırırır.


 

Mayın 10-dan etibarən vaksinasiyanın yeni mərhələsi başlayır, bu mərhələdə 18 yaşıdan yuxarı hər kəs iştirak edə bilər. Bunun üçün randevu (randevu.its.gov.az) götürən şəxslər səhər saat 9:00-dan, 18:00-dək rayon mərkəzi xəstəxanasında ayrılmış xüsusi vaksin otaqlarında peyvənd oluna bilərlər. Eyni zamanda hərəkət məhdudiyyəti olan vətəndaşlara evlərində səyyar vaksinasiya xidməti göstərilir.


Qeyd edək ki, peyvəndləmə prosesində Çinin "Sinovac” şirkətinin istehsal etdiyi "CoronoVAC” vaksinindən istifadə olunur.


 

Bildiririk ki, son brifinqdə verilən məlumata görə peyvəndləmənin faydası artıq özünü göstərir. Əvvəlki məlumatlarda qeyd etdiyimiz kimi cənab Prezidentin "Biz Birlikdə Güclüyük" şüarı ilə xəstəliyə qarşı mübarizəyə başladıq, həmin şüarlada birlikdə bu xəstəliyə qalib gələcəyik. Bunun üçündə İsmayıllı Rayon İcra Hakimiyyəti vaksinasiyanın növbəti mərhələsində də əhalini bir daha fəal olmağa çağırırır.


OXŞAR XƏBƏRLƏR

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...