İsmayıllıdan olan mədəniyyət və incəsənət xadimi fəxri ada layiq görüldü - FOTO

İsmayıllıdan olan mədəniyyət və incəsənət xadimi fəxri ada layiq görüldü - FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında 06 mart 2021-ci il tarixli Sərəncamına əsasən Abdullayeva Sahibə Abbas qızı Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə "Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. 

Sfera.az xəbər verir ki, bu münasibətlə Rayon İcra Hakimiyyətinin başçısı Sahibə Abdullayevanı RİH-nə dəvət edərək onu "Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsi və "8 mart Beynəlxalq qadınlar günü” münasibəti ilə təbrik etmiş, qiymətli hədiyyələr təqdim etmişdir.

Sahibə Abdullayeva İsmayıllı rayonunun tanınmış, qeyri adi səsə malik olan müğənnilərindən biridir. Gözəl xanım, sevimli müğənni, xanəndə, "Tərəqqi” medalı ilə təltif olunmuş "Niyal" insturmental ansamblının solisti Sahibə Abdullayeva İsmayıllını, Lahıcı bir çox ölkələrdə ,tədbirlərdə, televiziya proqramlarında layiqincə təmsil etmişdir. 

Rayonun ictimai həyatında yaxından iştirak edən Sahibə xanım Abdullayeva SSRİ dövründə Azərbaycan qadınlarının III qurultayının nümayəndəsi olmuş, şəhər sovetinə deputat seçilmişdir. Saysız fəxri fərmanları, mükafatları vardır. Hal-hazırda İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nəzdindəki "Niyal" insturmental ansamblının solistidir.

OXŞAR XƏBƏRLƏR

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...