İsmayıllıda yoluxmaların qarşısının alınması istiqamətində tədbirlər davam edir - FOTOLAR

İsmayıllıda yoluxmaların qarşısının alınması istiqamətində tədbirlər davam edir - FOTOLAR
Rayon ərazisində koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri, yaş həddinə uyğun icazəsi olan sakinlərin vaksinasiyaya cəlb olunması, H5N8 və H5N5 serotipli quş qripinin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
 
Sfera.az xəbər verir ki, rayon rəhbərinin və Rayon Polis şöbəsinin rəisinin iştirakı ilə mobil qruplar tərəfindən İsmayıllı şəhər ərazisində fəaliyyətinə icazə verilmiş ticarət və digər oyektlərdə, sakinlərin sıx toplaşdığı yerlərdə, eləcə də bazar ətrafında əhaliyə karantin qaydaları və 40 yaşdan yuxarı insanlara vaksinasiyaya cəlb olunma qaydaları izah olunub.
 
Aparılan tədbirlərin əsas məqsədi son günlər Respublika üzrə yoluxma sayının artması ilə əlaqədar qabaqlayıcı tədbirlər görmək, sakinləri maarifləndirmək, qoruyucu tibbi masqalardan və dezinfeksiyaedici məhsullardan istifadə etmək, eləcə də 40 yaşdan yuxarı sakinləri vaksinasiyaya cəlb etməkdən ibarətdir.
 
Bundan əlavə qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə də qeyd olunan tədbirlər mütəmadi olaraq həyata keçirilir.
 
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiya yaş həddi və müvafiq kateqoriyalar əsasında mərhələli şəkildə həyata keçirilir.
 
Bir daha vətəndaşlarımıza bildirmək istəyirik ki, 1 ildən artıqdır ki, həyatımıza daxil olub tanışlarımızı, yaxınlarımızı, əzizlərimizi bizdən ayıran və daim bizi qorxu içərisində yaşadan bu xəstəlikdən tamamilə xilas olaraq normal həyatımıza qayıtmaq üçün "Biz Birlikdə Güclüyük" şüarı ilə bir olub yoluxmaların qarşısının alınması və vaksinasiya tədbirlərində fəal iştirak etməliyik.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ - 2 - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan- Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.  ...

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan QALDIRILIR

Azərbaycan ilə Qırğızıstan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haq...

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə “...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - 2 - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

İlham Əliyev: "Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb"

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prez...

Azərbaycan Qırğızıstanın dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək

Azərbaycanın Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi arasında bu ölkədə...