No Image
No Image

İsmayıllıda vaksinləşmə prosesinə başlanıldı - FOTO

İsmayıllıda vaksinləşmə prosesinə başlanıldı - FOTO
İsmayıllı rayonunda COVID-19 infeksiyasına qarşı aparılan vaksinləşmə prosesinin həyata keçirilməsi üçün ilkin işlərə başlanılıb. 
 
Sfera.az bildirir ki, bununla əlaqədar dünən Rayon İcra Hakimiyyətinin başçısı yanında  komissiyanın iclası keçirilib.  İclasda vaksinasiyanın başlanması üçün görülən işlər barədə RİH başçısına məlumat verilib. 

Qeyd olunub ki, COVID-19 infeksiyasına qarşı aparılan vaksinləşmə prosesinin həyata keçirilməsi üçün Rayon Mərkəzi Xəstəxananın infeksiya şöbəsində xüsusi vaksin otaqları  yaradılıb. Burada vaksinasiyanın aparılması üçün bütün lazımi işlər görülüb. Bundan əlavə bildirilib ki, ilk peyvənd olunacaq şəxslərin siyahısı hazırlanıb.

19 yanvar 2021-ci il tarixdə, yəni bu gün isə  qrafikə uyğun olaraq vaksinləşmə işi başlanılıb. 

Bununla bağlı İcra Hakimiyyətinin rəsmi saytında və sosial şəbəkələrdə  əhaliyə mütəmadi olaraq məlumat veriləcək:

"Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə 2021-ci ilin yanvarın 19-dan əhalinin vaksinləşmə prosesinin başlanması ilə əlaqədar komissiya yaradılıb.  
Vaksinləşmə prosesinə ilkin olaraq yüksək risk qrupuna aid şəxslər və əhali ilə sıx təmasda olan müəssisələrin əməkdaşları cəlb olunacaqdır.
Vətəndaşlarımıza bildirmək istəyirik ki, 2020-ci ilin əvvəllərində bütün dünyanı cənginə alan, eləcədə ölkəmizdə bir sıra çətinliklər yaradan  pandemiya, vaksinləşmədən sonra bitəcək və biz yenidən əvvəlki normal həyatımıza qayıdacağıq. 

Buna görə hər birinizi bu işdə daha məsuliyyətli olmağa çağırırıq".
 




Turan Bank

OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində yeni neft yatağı kəşf edildi

Xəzər dənizində yeni neft ehtiyatları aşkarlanıb. Sfera.az xəbər verir ki, Manqıstav əyalətində neft axtarışları ilə məşğul olan "Meridian Petroleum” şirk...

Martın 1-dən aprel ayının 15-dək ... - FHN elan etdi

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2021/2022-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Xocalı faciəsi ilə bağlı beynəlxalq simpozium keçirildi

Diasporla İş üzrə Dövlət Komitəsinin və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə "Xocalı faciəsinə hüquqi baxış: BMT-nin Soyqırım...

179 ərzaq satışı obyektində monitorinq aparıldı

Yeni növ koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəza...

Aznavurun “Xocalı dərdi”

Azərbaycanlı səfirin Xocalı soyqırımı tədbirindən qeydləri və ya məşhur erməninin Xocalı tədbirinə mane olmaq cəhdi niyə alınmayıb? Ötən gün Xocalı faciəs...

Azərbaycanda yoluxma 300-ə yaxınlaşdı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 278 yeni yoluxma faktı qeydə alınıb, 172 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbə...