İsmayıllıda vaksinasiyaya start verildi - FOTOLAR

İsmayıllıda vaksinasiyaya start verildi - FOTOLAR
İsmayıllı Rayonunun Mərkəzi xəstəxanasında əhalinin peyvənd olunması işlərinə başlanıldı.

Sfera.az bildirir ki, başlanan bu mühüm tədbirlə bağlı Rayon Mərkəzi xəstəxanasının infeksion şöbəsinin binasında təhlükəli virusa qarşı mübarizə məqsədilə 4 xüsusi vaksin otağı və o, cümlədən burada peyvəndlərin aparılması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. 

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyyət peyvənd olunacaq. Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

Peyvəndin əks təsiri olmadığını bilən tibb işçiləri ilk olaraq bu aksiyaya özləri könüllü qoşulub.
 
"Rayonumuzda 715 tibb işçisi var.2020-ci ilin əvvəlində virusa qarşı mübarizəyə Prezidentimizin "Biz Birlikdə Güclüyük” çağırışı ilə başladıq. 

Bu gündə "Biz Birlikdə Güclüyük” şuarı ilə bir olub infeksiyadan tamamilə qurtulmaq üçün vaksinasiya tədbirlərində fəal iştirak etməliyik", - deyə xəstəxananın məlumatında bildirilir. 
 











OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...