İsmayıllıda şəhid bulağının açılışı oldu - FOTO
20:10 / 27.10.2021
1450
Bu gün Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Emin Ağazadənin anım günündə adını daşıyan bulağın açılışı olub.
Sfera.az xəbər verir ki, anım mərasimində millət vəkili Tahir Kərimli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, RİH-in məsul əməkdaşları, şəhid ailələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, ictimaiyyət nümayəndələri şəhidin Kürdmaşı kənd qəbiristanlığındakı məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Mərasimdə çıxış edənlər şəhid Emin Ağazadənin ailəsinə başsağlığı verərək onlara Allahdan səbir diləyib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açıblar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildiriblər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirib, bulağın inşa edilməsində əməyi keçən hər kəsə təşəkkür ediblər.
Anım mərasimində C.Həsənov adına Kürdmaşı kənd tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Daha sonra şəhidin evində onun xatirəsinə yaradılmış muzeylə tanış oluduq və şəhidin "Qubadlının azad olunmasına görə” medalı ailəsinə təqdim etdik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!