İsmayıllıda qaydalara əməl etməyən 3 obyekt aşkar edilib
Cəmiyyət
19:31 / 19.03.2020
3346
Azərbaycan ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan sosial izolyasiya tədbirləri ilə bağlı Daxili İşlər Nazirliyinin göstərişinə əsasən İsmayıllı Rayon Polis Şöbəsində mobil qrup yaradılıb.
Sfera.az "APA"ya istinadən xəbər verir ki, mobil qrup hər gün saat 21:00-dan etibarən rayon ərazisində mövcud olan ictimai-iaşə obyektlərinin fəaliyyət göstərib-göstərməməsini müəyyən etmək üçün reyd keçirir.
Ötən gecə keçirilən reyd zamanı İsmayıllı rayonu ərazisində 3 kafe və ailəvi istirahət mərkəzinin qadağalara məhəl qoymadan fəaliyyət göstərdiyi müəyyən edilib. Həmin obyekt sahibləri ilə hüquqi-maarifləndirici söhbətlər aparılıb, fəaliyyətləri aktlaşdırılıb və onlara xəbərdarlıq edilib.
Həmin şəxslər qaydalara əməl etmədiklərini səhv addım hesab ediblər və obyektləri bu gündən etibarən saat 21:00-da bağlayacaqlarını bildiriblər.