İsmayıllıda keçirilən gündəlik reydlər əhalinin sağlamlığına xidmət edir - FOTO

İsmayıllıda keçirilən gündəlik reydlər əhalinin sağlamlığına xidmət edir - FOTO
Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul etdiyi qərarlar, verdiyi tapşırıq və tövsiyələr İsmayıllıda mütəmadi olaraq həyata keçirilir və Rayon İcra Hakimiyyəti  tərəfindən aparılan qabaqlayıcı tədbirlər daha da gücləndirilir. 

Sfera.az xəbər verir ki, bu gün İsmayıllı rayon İcra Hakimiyyəti başçısı, Rayon Polis şöbəsi, İsmayıllı GEM-in  nümayəndələrinin, İsmayıllı şəhər İƏD üzrə nümayəndə və mobil qrupların iştirakı ilə şəhər ərazisində olan fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində reydlər təşkil olunub.

Qeyd edək ki, ötən günlərdə keçirilən reydlər zamanı göstərilən iradların nəticəsi olaraq bu günki reydlərdə sakinlərin karantin qaydalarına əməl etmələri və vaksinasiya olunma hallarında artım müəyyən edilib.

Reydlər zamanı yenidən  sahibkarlara, alıcılara və xidmətdən istifadə edən şəxslərə karantin rejiminin qaydaları, qida təhlükəsizliyi və sanitar-epidemioloji sahədə mövcud qanunvericilik izah edilib və maarifləndirici tövsiyələr verilib.

Görülən tədbirlərin əhalinin sağlamlığına və təhlükəsizliyinə xidmət etməsi sakinlər tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanır.

Məlumat üçün qeyd edirik ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiya yaş həddi və müvafiq kateqoriyalar əsasında mərhələli şəkildə həyata keçirilir.

Bir daha İsmayıllı sakinlərinə bildiririk ki, 1 ildən artıqdır ki, həyatımıza daxil olub tanışlarımızı, yaxınlarımızı, əzizlərimizi bizdən ayıran və daim bizi qorxu içərisində yaşadan bu xəstəlikdən tamamilə xilas olaraq normal həyatımıza qayıtmaq üçün "Biz Birlikdə Güclüyük" şüarı ilə bir olub yoluxmaların qarşısının alınması və vaksinasiya tədbirlərində fəal iştirak etməliyik.

OXŞAR XƏBƏRLƏR

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...