İsmayıllıda atmosferi çirkləndirən sürücülər barəsində tədbir görüldü - FOTOLAR

İsmayıllıda atmosferi çirkləndirən sürücülər barəsində tədbir görüldü - FOTOLAR
Nəqliyyatdan atılan zərərli qazlarla atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, tədbir zamanı nəqliyyat vasitələri saxlanılıb və onların atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi aşkarlanıb.

Yol polisi əməkdaşları ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra avtomobillərdən istifadə etməli olduqlarını sürücülərin diqqətinə çatdırıb. Standartlara cavab verməyən nəqliyyat vasitəsi idarə edən şəxslər barəsində protokol tərtib olunub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Yoluxanların bu günə olan statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1662 yeni yoluxma faktı qeydə alınıb, 2 391 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabin...

Şahin Seyidzadə vətəndaş qəbulu keçirdi - FOTO

Millət vəkili Şahin Seyidzadə Abşeron rayonunda vətəndaş qəbulu keçirib.   Sfera.az xəbər verir ki, noyabr ayının 26-da Abşeron rayonu Hökməli qəsəb...

Əvəz Həsənov dəfn edilidi - FOTOLAR

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov Biləcəri qəbiristanlığın...

Küçə ticarəti ilə məşğul olanlar cərimələnir - FOTOLAR

Paytaxt rayonlarında qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən bi...

Zakir Həsənov şəhid ailələri ilə görüşdü - FOTOLAR + VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Qusar şəhəri ərazisindəki Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə Sfe...

Dekabrın 5-də “Uğurlu qadın”ın sirri açılacaq – Nərgizdən daha bir TRENİNQ

"Uşaqların xoşbəxt gələcəyi” qeyri-hökumət təşkilatının rəhbəri, xeyriyyəçi Nərgiz Babayeva-Kərimova və psixoloq Xanım Həsənovanın "Uğurlu qadın” adlı treninqi ...