İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı videokonfrans keçirdi - FOTO

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı videokonfrans keçirdi - FOTO

Aprelin 27-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov inzibati ərazi nümayəndələrinin iştirakı ilə videokonfrans keçirib. Mövzu rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, xüsusi karantin rejimi ilə əlaqədar qaydaların tətbiqinə nəzarət, həmçinin yerlərdə vəzifə borclarının icrası ilə bağlı vəziyyət və digər məsələlər olub.


 

Tədbirə İsmayıllı şəhəri, kənd və qəsəbələrinin icra nümayəndələri qoşulub. Rayonun rəhbəri ilk növbədə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlərə toxunub. Bildirib ki, möhtərəm Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!” şüarı altında Heydər Əliyev Fondu tərəfindən başlanılmış ərzaq yardımı aksiyasına İsmayıllı rayonu da qatılıb. Aksiya rayonda xüsusi rejimin tətbiq olunduğu ilk günlərdən indiyə qədər həyata keçirilir. Bu müddətdə 3 mindən çox ailəyə ərzaq sovqatı paylanılıb. İşlər icra hakimiyyətinin təşkilatçılığı, xeyirxah insanların təşəbbüsü, könüllü gənclərin iştirakı ilə mərhələli şəkildə hər gün davam edir. Sovqatlar imkansız, əlil və ağır xəstəliklərdən əziyyət çəkən sakinlər, həmçinin ahıl insanlar üçün təşkil olunub.


 

Bundan əlavə, rayonun bütün ərazisində müəssisə, mağaza və obyekt sahibləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri və sanitar-epidemioloji normalar barədə məlumatlandırılıblar.


 

Lakin karantin rejimi müddətində rayonun vəzifəli və məsul şəxsləri tərəfindən ciddi nöqsanların baş verdiyini qeyd edən icra başçısı təəssüflə bildirib ki, bu cür halların sırasında hüquqi və fiziki şəxslərə dövlət qeydiyyatından keçməmiş arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsi və korrupsiya faktları qeyd edilə bilər. Baş verənlərdə dövlətin qanun və tələblərinə, xalqın etimadına sayqısızlıq və etibarsızlıq əlamətləri büruzə olunur. Səbəbkarlar xalq və dövlət qarşısında tam məsuliyyətləri ilə cavab verməli olacaqlar. Odur ki, rayonun dövlət qurum, müəssisə və təşkilatlarında çalışan hər kəs ibrət götürməli və məsuliyyətini bir daha anlamalıdır.


 

Sonra, xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlərə toxunulub. Yeni qərarda nəzərdə tutulan qaydaların inzibati ərazi dairələrində əhaliyə çatdırılması barədə göstəriş verilib. Xüsusi rejimlə əlaqədar saxlanılan tələblərin, xüsusən də sanitar-epidemoloji tədbirlərin icrasına nəzarəti daha da gücləndirmək tapşırılıb.


 

İnzibati ərazilərdə sakinlər ilə yaxından və düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə daha ciddi maraqlanmaq və vaxtında tədbirlər görmək barədə də göstərişlər verilib. Qeyd olunub ki, əyər hansısa ərazinin sakinləri yerində həll oluna bilən məsələ ilə əlaqədar icra hakimiyyətinin mərkəzi aparatına müraciət edirsə, deməli, orada vəzifə sahibləri və məsul şəxslər işini düzgün icra etmir və məsuliyyətdən yayınır. İcra nümayəndələrinin nəzarətində olan ərazilərdə qanunsuz tikililər və zəbtlər barədə də danışan icra başçısı vurğulayıb ki, bu cür hallarla da əlaqədar ciddi tədbirlər görüləcək, müvafiq ölçülər götürüləcək.


 

Nəzərə çatdırılan məsələlərdən biri də rayonunun nüfuzuna xələl gətirə biləcək hadisələr barədə məlumatların KİV və sosial şəbəkələrdə yayılması haqqında olub. Bildirilib ki, respublika əhalisi, xüsusən də İsmayıllı sakinləri hər zaman rayonda dövlət tərəfindən həyata keçirilən yenidənqurma işlərini, iqtisadi islahatları, sosial-mədəni tədbirləri izləyir, bu sahədə uğurların marağında və sorağındadır. Təbiəti qədər saf və təmiz ruhlu ismayıllılar haqqında arzuolunmaz məlumatların təşviqi və ictimailəşdirilməsi yolverilməzdir. İcra başçısı bu mövzuda hər kəsi məsuliyyətli olmağa çağırıb.


 

Rayon rəhbərliyi tərəfindən verilən tapşırıqların vaxtında, düzgün və məsuliyyətlə icrası da konfrans iştirakçılarına tapşırılıb. Videokonfrans əhali arasında baramaçılıq və tütün təsərrüfatının təbliği, bu sahədə təsərrüfatların qurulması üçün yerli sakinlərə lazımi dəstəyin verilməsi barədə tövsiyə və göstərişlərdən sonra başa çatıb.




OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...