İşlər tamamlanır: 1-i general olmaqla 35 türk zabiti Ağdamda…

İşlər tamamlanır: 1-i general olmaqla 35 türk zabiti Ağdamda…
Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasına dair 10 noyabr üçtərəfli razılaşmasının şərtlərinə uyğun olaraq Ağdamda qurulan ortaq türk-rus monitorinq mərkəzinin inşası tamamlanmaq üzrədir.

Sfera.az Virtualaz.org-a istinadən xəbər verir ki, mərkəzin tamamən hazır hala gətirilməsi durumunda yanvar ayı ərzində açılacağı gözlənilir. Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya ortaq mərkəzində 1-i general olmaqla 35 türk zabiti xidmət edəcək. Mərkəzdə eyni sayda Rusiya hərbçiləri də olacaq. Atəşkəsin qorunmasına daha çox hava vasitələri ilə nəzarət olunacaq. Mümkün atəşkəs pozulmaları qeydə alınarsa bu haqda Ankara və Moskva dərhal məlumatlandırılacaq.

Xatırladaq ki, mərkəzin fəaliyyətində iştirak edəcək Türkiyə hərbçiləri bir neçə həftə əvvəldən Azərbaycana göndərilib. O cümlədən Türkiyənin hərbi-nəqliyyat təyyarələri zəruri texniki vasitələri və hərbçilərin yaşaması üçün nəzərdə tutulan konteynerləri daşıyıb.

OXŞAR XƏBƏRLƏR

Macarıstan XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Azərbaycana gəlir.   Sfera.az xəbər verir ki, Peter Siyarto Bakıda bir sıra görüşlər...

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

45 yaşlı kişi 23 yaşlı qızı QAÇIRDI - RƏSMİ AÇIQLAMA

“Qız qaçırma adam oğurluğudur, hansısa istisna yoxdur”.   Bunu Sfera.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəi...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...