İslamı qəbul edən məşhurlar - SİYAHI
17:51 / 15.03.2021
3147
Kino, musiqi, idman və digər sahələr üzrə tanınmış şəxslər arasında İslamı qəbul edənlər
kifayət qədərdir.
Sfera.az müsəlmanlığı qəbul edilmiş həmin
ulduzlardan bəzilərini təqdim edir:
Mayk Tayson - Dünyaca məşhur boksçu Mayk Tayson İslamı çox fərqli
şəraitdə - həbsxanada olarkən qəbul edib. Amerikalı boksyor həbsxanada olduğu
illəri özünüdərk illəri kimi qiymətləndirib və Qurani-Kərimlə tanış olub. Ulduz
həbsxanadan çıxdıqdan sonra Məkkəni ziyarət edərək, müsəlman qadınla evlənib.
Ellen Burstin - İstedadlı və təcrübəli aktrisa Burstin, katolik
ailəsində böyüməsinə baxmayaraq, 30 yaşlarında İslamla tanış olub və müsəlman
olmağa qərar verib. Müsəlman olduqdan sonra həyatının fərqli olduğunu ifadə edən
Burstin, Oskar qazanmağın ən böyük faktorlarından birinin bu dəyişiklik olduğunu
söyləyib.
Mel Gibson - Hollivudun məşhur kinoaktyoru və rejissoru Mel
Gibson İslamı "İçimdəki İslam sevgisini gizli saxlamağım mümkün
deyil" sözləri ilə seçdiyini elan edib.
Bella Hadid - Amerika əsilli model Bella Hadid də müsəlman olduğunu
tez-tez dilə gətirən ulduzlar sırasındadır.
Canet Cekson - Pop kralı Mayk Ceksonun bacısı olan Canet Cekson
da İslamı qəbul edib. Ulduzun bacısı müsəlman olduqdan sonra hicab geyinməyə
başlayıb.
Snoop Dog - 2009-cu ilədək belə desək, etmədiyi yalnış
qalmayan reper Snop Dog da İslamı qəbul edən məşhurlar sırasında yer alır. Dünya
ulduzunun qalmaqal dolu həyatı hələ də aktuallığını saxlayır.
Cat Stevens - İngilis əsilli musiqiçi Cat Stevens İslamı hələ
1977-ci ildə qəbul edib. Müsəlman olduqdan sonra isə Yusif İslam adı ilə tanınır.
Sfera.az
İnci