İslamı qəbul edən məşhurlar - SİYAHI

İslamı qəbul edən məşhurlar - SİYAHI
Kino, musiqi, idman və digər sahələr üzrə tanınmış şəxslər arasında İslamı qəbul edənlər kifayət qədərdir.

Sfera.az müsəlmanlığı qəbul edilmiş həmin ulduzlardan bəzilərini təqdim edir:

Mayk Tayson - Dünyaca məşhur boksçu Mayk Tayson İslamı çox fərqli şəraitdə - həbsxanada olarkən qəbul edib. Amerikalı boksyor həbsxanada olduğu illəri özünüdərk illəri kimi qiymətləndirib və Qurani-Kərimlə tanış olub. Ulduz həbsxanadan çıxdıqdan sonra Məkkəni ziyarət edərək, müsəlman qadınla evlənib.


Ellen Burstin - İstedadlı və təcrübəli aktrisa Burstin, katolik ailəsində böyüməsinə baxmayaraq, 30 yaşlarında İslamla tanış olub və müsəlman olmağa qərar verib. Müsəlman olduqdan sonra həyatının fərqli olduğunu ifadə edən Burstin, Oskar qazanmağın ən böyük faktorlarından birinin bu dəyişiklik olduğunu söyləyib.


Mel Gibson - Hollivudun məşhur kinoaktyoru və rejissoru Mel Gibson İslamı "İçimdəki İslam sevgisini gizli saxlamağım mümkün deyil" sözləri ilə seçdiyini elan edib.


Bella Hadid - Amerika əsilli model Bella Hadid də müsəlman olduğunu tez-tez dilə gətirən ulduzlar sırasındadır.


Canet Cekson - Pop kralı Mayk Ceksonun bacısı olan Canet Cekson da İslamı qəbul edib. Ulduzun bacısı müsəlman olduqdan sonra hicab geyinməyə başlayıb.



Snoop Dog - 2009-cu ilədək belə desək, etmədiyi yalnış qalmayan reper Snop Dog da İslamı qəbul edən məşhurlar sırasında yer alır. Dünya ulduzunun qalmaqal dolu həyatı hələ də aktuallığını saxlayır.


Cat Stevens - İngilis əsilli musiqiçi Cat Stevens İslamı hələ 1977-ci ildə qəbul edib. Müsəlman olduqdan sonra isə Yusif İslam adı ilə tanınır. 
 
 

David Şapel - Tanınmış komediya aktyoru David Şapel də İslamı qəbul edib. Lakin aktyor tez-tez müsəlman olduğunu deməkdən çəkinir.
 
Sfera.az
İnci
 
 
 

OXŞAR XƏBƏRLƏR