Cəmİyyət

İşimiz çox olacaq,ağır olacaq,lakin çətin olmayacaq

İşimiz çox olacaq,ağır olacaq,lakin çətin olmayacaq
 Biləsuvar ağsaqqalı, ağbirçəyi ilə nümunə olan, milli ən-ənələrimizə sadiq royondur
(66 saylı Biləsuvar Seçki Dairəsi üzrə deputatlığa namizəd Bəhruz Məhərrəmov həmsöhbətimizdir)
 
Öncə, Bəhruz müəllimin özü haqqında bir qədər məlumat verməsi maraqlı olar...
- Təşəkkür edirəm diqqət ayırdığınıza görə. Mən Bəhruz Məhərrəmov , 36 yaşım var, hüquqşunasam, Bakı Dövlət Universitetinin hüquq fakültəsində müəlliməm, hüquq üzrə fəlsəfə doktoru, dossent, alimlik dərəcə və adım var. Hazırda hüquq üzrə elmlər doktoru proqramı üzrə dissertasiya üzərində işləyirəm. Həmçinin Vəklillər Kollegiyasının üzvüyəm, "PAŞA Sığorta” ASC-nin Hüquq Xidmətinin rəhbəriyəm. Bir neçə xarici dildə akademik səviyyədə danışıram, Ailəliyəm, 2 övladım var, hazırda Bakı şəhərində yaşayıram.
- Bildiyimizə görə həyati sınaqlarından çox çıxıbsız. İraqda həqiqi hərbi xidmət edərkən ABŞ-ın sözü ilə, gözü ilə gördüyümüz İraqı siz necə görürdüz? Orda baş verənləri bizə doğrumu göstərirdilər?
- Mən hərbi xidmətimi İraq Respublikasının Hadita şəhəri yaxınlığında, Azərbaycan Sülhməramlı Qüvvələr bölüyündə çəkmişəm. Agır və gərgin bir xidmət yolum olub. Vətəndən uzaq və hər anı ölümlə dolu. Maraqlısı odur ki, səngər yoldaşım əslən Biləsuvar rayonun Səmədabad kənd sakini Füzuli Əliyev olub. Mən elə o zamandan, biləsuvarlıların səmimiyyətini, dostcanlı və sədaqətli olmasının şahidi olmuşam, həyatımı 6 ay bir biləsuvarlı balasına etibar etmişəm, eləcə də 6 ay mən də ona bu münasibəti göstərmişəm. Yəni həyatımın ən çətin, ən ağır dövründə mənimlə çiyin-çiyinə biləsuvarlı dostum olub!
Orda baş verənlərə gəldikdə isə, artıq üzərindən illər keçib, lakin o dəhşətli günləri hələ çox xatırlayacağımı düşünürəm.
- Hüquqşunas olmaqla yanaşı, jurnalistika sahəsində də çalışmısınız. Sizə daha çox hansı sahə maraqlıdır?
- Jurnalistika ilk təhsilimdir. Mənə zəngin təcrübə verib. Məhz jurnalistikanın sayəsində 19 yaşımdan dövlət başçısını səfərlərdə müşayət etmiş, dövlətçilik təcrübəsini, idarəçilik ən-ənələrini, protokolu öyrənmişəm. Jurnalistika həmişə mənimlədir və bu gün də dövrü mətbuatda, habelə xarici mətbuatda müxtəlif dillərdə məqalə və yazılarım dərc edilir.
Hüquq isə mənim özümü tapdığım sahədir. Bu sahədə olmağımdan məmnunam.
- Fəaliyyətinizdə kiminsə hüququnu müdafiə edə biləcəyiniz halda, sizdən aslı olmayan səbəblərədən geriyə çəkildiyiniz məqamlar oldumu?.
- Bu günə qədər heç bir işimdən geri çəkilməmişəm, bunu ətrafımda hər kəs təsdiq edə bilər.
- Cox illər bundan öncə, mediayaya cəmiyyəti öyrənmək və özümü cəmiyyətə qəbul etdirmək üçün tramplin kimi baxmışam-demisiniz... Nə dərəcə alındı?. Yəqin, "Açığı mən mediada olmaq istəyirəm. Amma artıq kameranın yanında yox qarşısında, yəni sual verən yox, cavab verən kimi.” deməyinizlə də bu günki arzunuzu nəzərdə tutubsunuz...
- Tamamilə haqlısız. Media ən gözəl tramplindir və mən də bu tramplindən məharətlə istifadə etmişəm.
-Necə odu ki, Bəhruz Məhərrəmov deputalığa namizəd olmaq qərarını verdi... Məhz niyə Biləsuvardan?.
- Bilirsiniz ki, 2019-cu il islahatlar ili olub. Son 4-5 ayda isə bu islahatlar yeni mərhələyə qədəm qoyub. Mən heç bir siyasi partiyanın üzvü olmasam da, bir alim kimi, görülən işlərin mahiyyətini yaxından dərk etdiyim üçün hesab etdim ki, bu proseslərdən kənarda qalmamalıyam. Bu meyarı rəhbər tutub namizədliyimi verdim. Niyə məhz Biləsuvar?, sualına gəlincə, Biləsuvar ölkəmizin cənub qapısı, strateji bölgəmizdir. Böyük pambıqçılıq rayonudur. Bütün bunların fonunda, mən bir dəfə də olsun parlamentdə Biləsuvarın hansısa probleminin qaldırılmasının şahidi olmamışdım. Düzdür icra orqanları həmişə üzərlərinə düşəni ediblər, lakin axı biz hüquqi dövlətik və rayon da əhali də parlamentar ən-ənədən kənarda qalmamalı, rayonun səsi parlamentdən gəlmlidir. Vəziyyəti belə görüb məhz bu rayonu seçdim. İnanıram ki, zamanla itirilmiş, gecikdirilmiş məsələləri biləsuvarlılarla birgə əl-ələ həll edəcək gücə, biliyə, əlaqələrə sahibəm.
- Milli Məclisə deputat seçilərsinizsə xüsusi planlarınız varmı?
- Mən seçki platformamı cənab İlham Əliyevin çıxışlarından götürdüyüm tezislər üzərində qurmuşam. Məsələn, Pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə yekun nitqində cənab president qeyd etdi ki, bizim pambıq emalı zavodlarının fəaliyyəti bir daha nəzərdən keçirilməlidir. Pambıqtəmizləmə zavodlarının istehsal gücü pambığın artan həcmi ilə uzlaşmalıdır.Həmçinin iplik fabrikləri, yeni toxuculuq, trikotaj fabrikləri tikilməlidir, yem, yağ fabrikləri yaradılmalıdır.
Bu dövlətin iradəsidir və hesab edirəm ki, bu tezisdən istifadə edib Biləsuvarda həyatı daha yaxşı dəyişmək olar, məsələn ən pis halda bu müəssisələrdən birini bu rayona gətirmək olar.
Habelə, Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə cənab İlham Əliyev qeyd etdi ki, yad ünsirlər gəncləri əsas hədəf seçiblər və onları yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Ona görə də Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var.
Mən məhz bu tezisi əsas götürüb təhsillə bağlı iri miqyaslı layihəni realizə etməyə çalışacağam. Çünki gənclərlə iş təhsildən keçən yoldur. Burada söhbət universitetlərin birinin Biləsuvarda filialının açılmasından gedir. İnanıram ki, ən azı, beş il ərzində bu problemin həllinə nail olmaq olar.
Daha sonra rayon üçün əsas qlobal problem, suvarma ilə bağlı yaranan çətinliklərdir. Bilirsiniz ki, bu problemin həlli 2019-2023-cü il dövlət proqramında nəzərdə tutulub. Deputat seçilərəmsə suvarma sisteminin yenilənməsi məsələsini daimi gündəmdə saxlamaqla, mümkün qədər həlli üçün töhfəmi verəcəyimə inanıram.
Planlar çoxdur. Lakin, hesab edirəm ki, ən gözəl plan iş prosesinin gedişindən doğan məsələlərdir ki, inşallah deputat seçilsəm biləsuvarlılar fəaliyyətimi gündəlik həyatlarında hiss edəcəklər.
- Artıq bir müddətdir Biləsuvardasız, seciçilərlə görüşlər necə alınır?
- Artıq rayon mərkəzində və 6 kənddə yüksək səviyyəli görüşlər keçirmişik, bundan əlavə hər gün qərarghımıza onlarla vətəndaş yaxınlaşır, hər birinə mümkün qədər vaxt ayırmağa çalışırıq.
Biləsuvar ağsaqqalı, ağbirçəyi bilinən, milli ən-ənələrimizə sadiq bölgədir. Ona görə də hara gedirik ilk olaraq ağsaqqal, ağbirçək xeyir duası alırıq. Təəssüratlarımız yüksəkdir, çox sayda biləsuvarlılar artıq indidən məni deputatları kimi qəbul edir və bu məni çox sevindirir.
- Yəqin ki, görüşlərdə problemlərə də toxunulur...
- Biləsuvar hər gün məni daha da təəccübləndirir. Əhalisi çox mərd insanlarıdır. Bu qədər görüşlər keçirirəm, bir dəfə də olsun şəxsi istəyi olan adam görməmişəm. Hamı nə təklif edir, Biləsuvar üçün istəyir. Problemlər aşağı yuxarı bizim platforma ilə eynidir, suvarma sahəsində problemlər, yolların və bəzi kəndlərdə elektrik xətlərinin yenilənməsi və s. Bunlar da elə məsələlərdir ki, yalnız mərkəzi icra orqanlarının dəstəyi vacibdir. İnşallah deputat seçilərəmsə məhz bu istiqamətdə gərgin fəaliyyətimə hamınız şahid olacaqsız.
- Deputat olarsınızsa, Sizin ücün işləmək asan olacaq?
- Mən şəhər şəraitində doğulub böyüməmişəm. Kənd adamıyam, Biləsuvarın pambığı, kanalları, palçığı, mal heyvanı, aşağı yuxarı mənim böyüyüb başa çatdığım mühitin eynisidir. Hətta daha müasir formasıdır. Bizim kənddə ancaq odun yandırırdıq, Biləsuvar isə cənab Prezidentin birbaşa diqqəti sayəsində 100 faiz qazlaşdırılıb. Yəni bu baxımdan mühit elə mənə doğma mühitdir. İnsanlarla işə gəlincə, vəkil kimi, habelə müəllim kimi işim insanlarla işdir. Bu baxımdan işimiz çox olacaq, ağır olacaq, lakin çətin olmayacaq.
- Seçicilərlə göüşlərdə, hansı vədlər verirsiniz?.
Mən şərti şumda kəsən adamlardanam. Əvvəl gündən əhaliyə demişəm ki, deputat nə yol çəkəndir, nə kanal təmizləyən. Deputatın işi sizin səsiniz olmaqdır, dövlət idarələrində, parlamentdə sizin problemlərinizi qaldırmaqdır. Mən bax bunu vəd verirəm ki, yerində həll edə bilmədiyimiz bütün problemləri ən ali səviyyəyə qədər qaldıracağam.
Həmçinin, hesab edirəm ki, deputat ayda bir dəfə mütləq seçicilərini gəlib yerində görməlidir. Mənim dairəmdə 22 kənd və bir rayon mərkəzi var. Hər gün 3 gənddə olsam, ayda cəmi 1 həftə kifayətdir ki, hamını görüb dinləyə bilim. Düzdür bu bəzilərinə hələ inandırıcı gəlmir, lakin mən alacağım deputat maaşının haqqını verə biləcək adamam.
-Bir hüquqşünas kimi necə düşünürsünüz, yerlərdə insanların öz hüquqlarının müdafiəsində maariflənməyə ehtiyacı var?.
Əgər elədirsə, hansı töhfələrinizi verə bilərsiniz?.

- İnsan hüquqları ümdə məsələdir. Cəmiyyətin inkişaf göstəricisi hüquqların təmini ilə bir başa bağlıdır. Bu gün Azərbaycanda dövlət bütün hüquqi təminatları təmin edib, lakin kimsə bu təminatdan istifadə edə bilmirsə problemi dövlətdə axtarmaq olmaz. Konkret planlarıma gəlincə, üzvü olduğum Vəkillər Kollegiyasının gözəl hüquqi yardım ən-ənəsi var. Düşünürəm ki, ildə bir neçə dəfə Biləsuvar ərazisində pulsuz hüquqi yardım aksiyaları təşkil edə bilərik, habelə peşəkar hüquqşunasların şagirdlərlə, habelə gənclərlə görüşlərini təşkil etməklə bu sahəyə töfhəmizi verə bilərik.

- Uğurlar arzu edirik !

- Sağ olun

(djb.az)

XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829