İŞİD neftini satan, Lənkəranski ilə ittifaq, heroin marşrutuna nəzarət – Mənsimov haqda şok yazı

İŞİD neftini satan, Lənkəranski ilə ittifaq, heroin marşrutuna nəzarət – Mənsimov haqda şok yazı

Eynulla Fətullayev Mübariz Mənsimov haqda qalmaqallı məqalə yazıb:

Bir neçə gün əvvəl Türkiyə KİV-ləri İstanbulda azərbaycanlı milyarder Mübariz Mənsimovun səs-küylü həbsi barədə məlumat verdi. Şübhəsiz ki, Mənsimovun xüsusi təqdimata ehtiyacı yoxdur, çünki o Rusiyada, Türkiyədə və vətəni Azərbaycanda, daha bir neçə ölkədə yaxşı tanınır. "Forbes” jurnalının hesablamalarına görə, 2015-ci ildə sərvəti 1.3 milyard dollar təşkil edən zəngin oliqarxın biznes-imperiyası Türkiyədən tutmuş Fars körfəzinə, İsraildən Suriyaya, Azərbaycandan Filadelfiyaya qədər uzanırdı…

Bu zəngin adamın gəmiçilik biznesinin səpələndiyi ölkələrin siyahısı genişdir, orada onlarla ölkə yerləşə bilər. Söhbət Bosfor körfəzindən adi oliqarxın həbsindən deyil, Türkiyənin ən zəngin adamları siyahısında yeddinci yerdə olan biznesmenin həbsindən gedir. Cəmi bir neçə il əvvəl "Forbes” Mənsimovu dünyanın ən nüfuzlu milyarderləri arasında fəxri yerə layiq görmüşdü.

Mənsimov özündən sonra böyük kriminal əsər qoydu

Bu miqyasda oliqarxın həbsi üçün tutarlı səbəblər və təkzibedilməz sübut bazası tələb olunurdu. "Mən Türkiyənin məhkəmə və hüquq sisteminə inanıram. Burası ciddi ölkədir”,-Mənsimov həbsi ərəfəsində öz müsahibələrində, habelə sosial şəbəkələrdə xeyli populyar olan şəxsi səhifələrində dəfələrlə təkrar edirdi. Mənsimov maraqlarının digər azərbaycanlı milyarder Vahid Ələkbərovla toqquşduğu Rusiyanın məhkəmə sisteminə inanmırdı. Həm də təkcə ona görə yox ki, Bakıdakı məşhur hərbi məktəbin, daha sonra Rostov universitetinin məzunu olan Mənsimov özünün mənəvi atası Vahid Ələkbərovla məhkəmə çəkişməsini uduzmuşdu. Mənsimov İsrailin, Londonun, Stokholmun, Amsterdamın məhkəmə sistemlərinə və digər beynəlxalq arbitraj məhkəmələrinə də inanmırdı. Əks halda dünyanın ən yüksək arbitrajlarında öz haqqını tələb edən Xodorkovskinin və onun YUKOS şirkətinin bariz təcrübəsini davam etdirərdi.

Dünya arbitrlərinə baş vurmağa Mənsimova onun "axilles dabanı” əngəl olurdu. Dünyada məşhur "Palmali” şirkətinin əsasını qoyan biznesmen öz rəqiblərini beynəlxalq tribunallarla ancaq hədələyirdi və şantaj edirdi. Bundan o yana keçə bilmirdi. Mənsmovun gəmiçilik biznesi dünya kriminal sisteminin dalğaları altında qaldı. Və həmin bu çirkin əməllər Mənsimovu daha çox təhlükəli siyasi terror cığırına aparıb çıxardı.

Böyük hesabla, indi barəsində bəhs etdiyimiz gözüdoymaz yarımkriminal elementin də cəlb olunduğu birləşmiş cinayətkar qruplaşma Yaxın Şərqin cinayətkar mafioz sisteminin bütün seqmentlərini əhatə edirdi-qeyri-leqal neftin nəqlindən tutmuş terrorçu qruplaşmalarla əlaqələrə, narkotrafikə nəzarətdən sifarişli qətllərə qədər…

Mənsimov özünün qeyri-leqal fəaliyyətinin son on ili ərzində dünyanın Fars körfəzindəki situasiyanı modelləşdirən aparıcı xüsusi xidmət orqanlarının, habelə nüfuzlu Qərb siyasi institutlarının diqqətini cəlb etmişdi.

Birinci epizod. Mənsimovun taleyi Putinlə Obamanın danışıqlarında həll olundu

2015-ci ildə Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama həmin vaxt qüdrətli İŞİD terror təşkilatının maliyyə kanallarının kəsilməsini problemini müzakirə etdilər. Xatırladırıq ki, 2013-cü ildən 2018-ci ilə qədər həmin sistemdənkənar islam kvazidövləti İraq və Suriyanın ərazilərinin böyük hissəsinə nəzarət edirdi, Əfqanıstanda, Misirdə, Yəməndə həlledici rola malik idi. Nigeriya və Somalidəki daxili proseslərə permanent cəlb olunurdu, Tunis və Filippində özünü büruzə verirdi. Dünya liderləri danışıqlarda başlıca konsensusa gəldilər-Qərb və Rusiya üçün başlıca terror təhdidi təşkil edən İŞİD-in maliyyə kanallarını kəsmək. Və "Novaya qazeta”nın mötəbər mənbələrə istinad edib yazdığına görə, görüşdə Obama ilk dəfə Rusiya prezidentindən Mübariz Mənsimov barədə soruşmuşdu.

Obama Putinə əsas cinayətkarın adını çəkir

Amerika kəşfiyyatı ancaq bir nüfuzlu şirkətin-İŞİD neftini daşıyan Palmali Shipping & Agency JSC şirkətinin izinə düşmüşdü. Axı "İslam dövləti”nin başlıca gəlir mənbəyi qeyri-leqal neft ixracı idi. Məhz neftin satışı hesabına İraq və Suriyadakı hərbi əməliyyatları maliyyələşdirirdi. İŞİD gündə yüz minlərlə barrel neft hasil edirdi və bu da terrorçulara başgicəlləndirici gəlirlər gətirirdi. Deyr əz-Zordakı iri neft yataqları, habelə Mosulun neft quyuları İŞİD-in nəzarətində idi. Həmin illərdə Mənsimovun "Palmali” şirkəti Ağ dənizdən Qara dənizə qədər neft daşımalarının 75 faizinə qədərinə nəzarət edirdi. Məlum olduğu kimi, 1998-ci ildə Mənsimov öz qərargahını İstanbula daşımışdı, Türkiyə vətəndaşlığını qəbul etmşdi və Qurbanoğlu soyadını götürmüşdü.

Və budur, Putinlə Obamanın gərgin danışıqları, Nyu-Yorkdakı görüşü ərəfəsində "Novaya qazeta” İŞİD neftinin Ceyhan limanına daşınmasının marşrutu barədə sensasion araşdırma dərc etdi. Qəzetin mənbələri Mübariz Mənsimovun şirkətinin fraxtə etdiyi tankerləri nişan verirdi.

İkinci epizod: Yana Xibaskovanın məruzəsi

Putinlə Obamanın görüşündən təxminən bir il əvvəl, 2014-cü ilin sentyabrında Avropa İttifaqının İraqdakı səfiri Yana Xibaskova Avropa Parlamentinin Xarici işlər komitəsində sensasion məruzə ilə çıxış etdi. Avropa İttifaqının səfiri İŞİD neftinin ticarəti haqda danışaraq bildirdi ki, Avropanın bəzi ölkələri nefti məhz İŞİD-dən alır. Hərçənd 2014-cü il iyulun 29-da BMT Təhlükəsizlik Şurası İŞİD terror təşkilatı ilə neft alverinin yolverilməzliyi barədə qətnamə qəbul etmişdi.

Yana Xibaskovanın məruzəsində habelə iri gəmiçilik şirkətinin sahibi Mübariz Qurbanoğlunun adı da Mosul neftinin bəzi Qərb ölkələrinə daşınmasının təşkilatçısı qismində keçirdi.

İraqda neft konvoyu ölüm konvoyunu təcəssüm etdirdi

Üçüncü epizod. Jurnalist Tyerri Meysanın araşdırılması

Amerika lideri terrorçuların ələ keçirdikləri neftin daşınması marşrutlarının ilhamçısı və təşkilatçısının adını ilk dəfə açıqladığı Putin-Obama görüşü ərəfəsində, tanınmış fransız jurnalisti Tyerri Meysan Fransanın məşhur "Le Figaro” qəzetində İŞİD tərəfindən neftin qanunsuz daşınması mexanizmləri ilə bağlı jurnalist araşdırması ilə çıxış edir. Jurnalistin rəyi "Novaya qazeta”nın məlumatları və Yana Xibaskovanın məruzəsi ilə tamamilə üst-üstə düşür – İslam Dövləti terror təşkilatı tərəfindən ələ keçirilən qeyri-qanuni neft Qərb ölkələrinə və İsrailə hamımızın yaxşı tanıdığı həmin Mübariz Mənsimovun sahibi olduğu Palmali Shipping&Agency JSC tərəfindən nəql olunur.

Dördüncü epizod. İraq hökumətinin Mənsimova qarşı sanksiyaları

Elə həmin 2015-ci ildə İraqın xüsusi xidmət və hüquq-mühafizə orqanları Mənsimovun şirkətinin bu ölkədə fəaliyyətini araşdırmağa başlayırlar. Mütəxəssislərin təhqiqatı İraqda cinayətkar oliqarxın daha bir cinayətini üzə çıxarır. Məlum olur ki, İŞİD neftinin daşınması ilə yanaşı, M.Mənsimov kürd qaçaq neftinin Avropaya daşınmasında da birbaşa iştirak edir. İraq Konstitusiyasına görə, Kürdüstan İraq neftinin satışından qazancın yalnız 17 faizini alır. Bundan başqa, İraq ərazisindən, o cümlədən İraq Kürdüstan muxtariyyətindən hər hansı neftin daşınması yalnız rəsmi Bağdadın icazəsi ilə həyata keçirilə bilər. Ancaq İraq Kürdüstanının rəhbərliyi ilə ayrıca danışıqlara girən Mənsimov, federal hökumətlə razılaşdırılmadan, qaçaqmal məhsullarının qanunsuz ticarəti ilə birbaşa məşğul olur. Rəsmi Bağdad Mənsimova qarşı fərdi sanksiyalar tətbiq edir və Palmali Shipping&Agency JSC adlı həmin şirkətin tankerlərinə İraq limanlarına girməyi və neft daşımalarında iştirak etməyi qadağan edir …

Beləliklə, dünyanın aparıcı kəşfiyyat qurumları, dünya şöhrətli media və nüfuzlu diplomatlar səviyyəsində şəxsən Mübariz Mənsimovun və onun rəhbərlik etdiyi Palmali Shipping&Agency JSC-nin qaçaq neftin dünyadakı əsas terror təşkilatı və İraqdakı separatçı hərəkatla əlaqələri olduğu aşkar edilir. Qaçaqmal neftinin tədarükündə əsas əqam Mənsimovun İŞİD neftini Avropaya ixrac etməsidir ki, bu da xüsusi xidmət orqanlarında ilk şübhələr doğurur.

Mənsimov kürd neftinə də girişdi

Beşinci epizod. Vahid Ələkbərovla qırılma, Mənsimovu Rusiyada "boğurlar”

Mənsimov bir çox onilliklər ərzində Rusiyanın "Lukoıl” şirkətinin sahibi Vahid Ələkbərovu özünün müəllimi və ən yaxşı dostu kimi təqdim edir. Amma 2016-cı ildə Azərbaycan-türk oliqarxının, sözün həqiqi mənasında, V.Ələkbərovun özü ilə problemləri yaranır. Fars körfəzinin strateji bölgəsində vacib bir enerji vasitəsini itirən Mənsimov iflasdan qabaq bir vəziyyətdə idi. V. Ələkbərovun özü də bunu bütün dünyaya bəyan edir: "Bilirsiniz, bu gün "Palmali” iflasdan qabaq vəziyyətdədir. Düşünürəm ki, bu sadəcə diqqət çəkmək üçündür. "Palmali’nin 2015-ci ildə imzaladığı bir sənəd var, orada göstərolir ki, bizə qarşı heç bir şikayəti yoxdur.”

Bu müddətdə Mənsimov Qazaxıstan, Azərbaycan, Rusiya və Türkmənistan karbohidrogenlərinin daşınması ilə məşğul olur. Ancaq birdən Vahid Ələkbərov Mənsimovun özünü müflis elan edərək, bölgədəki ən böyük gəmi şirkətinin rəhbəri ilə əməkdaşlığı dayandırdı.

Ələkbərov Mənsimov haqqında acı həqiqəti söylədi

Mənsimov həyatda hər şeyinə görə borclu olduğu xeyirxahına qarşı nə edir?! Müflis oliqarx "Lukoyl” şirkətinin rəhbərinə qarşı təbliğat kampaniyasına başlayır. Böyük ehtimalla, Mənsimovun terror təşkilatları ilə açıq əlaqələri və neftin qaçaq yolla daşınmasında birbaşa iştirak etməsindən təəccüblənən son dərəcə ehtiyatlı, düşüncəli və rasional V. Ələkbərov şirkətinin nüfuzunu, dünya mətbuatının inandırıcı şəkildə yazdığı kimi, mütəşəkkil cinayətkar dəstə rəhbərinin ləkələnmiş nüfuzu ilə əlaqələndirmək istəmir.

Lakin Mənsimov "Lukoil” ilə döyüşə başlayır. Yumruqlarla! Bir neçə ay sonra, 2017-ci ilin sentyabrında, Mübariz Mənsimov, "Lukoil”un törəmə ticarət şirkəti olan Litasco-ya qarşı 2 milyard dollarlıq iddia qaldırıldığını bəyan edir.

Altıncı epizod. Rusiyada cinayət işi

Bir neçə ay sonra, 2016-cı ilin yanvar ayında Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Cənub İstintaq İdarəsi, Federal Vergi Xidməti və Rusiya Daxili İşlər Nazirliyinin materiallarına əsasən, "Palmali” MMC-nin direktoru Aleksey Mixelevə qarşı cinayət işi açdı. Mənsimovun Rusiyadakı nümayəndəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 199 maddənin 2-ci hissəsinin "b” yarımbəndi üzrə (xüsusi təşkilatda böyük ölçüdə vergi ödənişindən boyun qaçırma) cinayət törətməkdə şübhəli bilinir. Mənsimovun Rusiyadakı şirkəti 1,2 milyard rubldan çox məbləğə vergilərin ödənişindən yayınır.

İndi isə M.Mənsimovun başqa, bu dəfə Rusiyada baş verən bir cinayətinin təfərrüatları barədə. 2013-cü ilin sonunda "Palmali” MMC-yə məxsus olan Palmali Gemi Hizmetleri ve Agentelik Anonim Sirketi (İstanbulda qeydiyyatdan keçib) Rusiyadakı şirkətini satmaq qərarına gəldi. Malta mərkəzli bir şirkət olan Palmali Holding Co.Ltd, alıcı olaraq çıxış etdi. Hər iki şirkətin son sahibi Mübariz Mənsimov idi.

Nüfuzlu Deloitte Malta audit firmasının hesabatına görə, şirkət 27 dekabr 2013-cü ildə imzalanmış müvafiq müqavilədə göstərildiyi kimi, sonradan 230 milyon dollara satılıb.

Bu razılaşmaya əsasən, Palmali Gemi Hizmetlerive Agentelik Anonim Sirketi 2013-cü ildə Palmali Holding Co.Ltd-dən əvvəlcədən 140 milyon dollar avans ödəməsi alıb, 2014-cü ildə isə 90 milyon dollarlıq ikinci bir ödəniş həyata keçirilib. Lakin Palmali Holding Co. Ltd "Palmali” MMC üzərində tam nəzarəti yalnız 1 yanvar 2014-cü ildə əldə etdi.

Ən maraqlısı Palmali Gemi Hizmetleri ve Agentelik Anonim Sirketi və Palmali Holding Co.Ltd arasında imzalanan "Palmali” MMC-nin nizamnamə kapitalında 100% iştirak payının Rusiyada yalnız 5 noyabr 2015 tarixində qeydiyyata alınmasıdır, həmin ilin 13 noyabrında isə "Palmali” MMC-nin yeni təsisçisi Palmali Holding Co. Ltd hüquqi şəxslərin Vahid Dövlət Reyestrinə əlavə edildi. Lakin alqı-satqı müqaviləsində artıq 230 milyon dollar yox, cəmi 6,112,377 dollar, yəni demək olar ki, 38 dəfə az məbləğ göstərilir.

Yeddinci epizod. "Qanuni oğru” Rövşən Lənkəranski ilə ittifaq. Heroin marşrutu üzərində nəzarət…(Azərbaycan24)



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...