İŞİD əmirinin arvadı Ülkər Məmmədova: “Ərim şokolada qısqandığı üçün adımı dəyişdi...”

İŞİD əmirinin arvadı Ülkər Məmmədova: “Ərim şokolada qısqandığı üçün adımı dəyişdi...”
İŞİD terror qruplaşmasının "Türkiyə əmiri" olmuş Mustafa Dokumacının arvadı, Azərbaycan vətəndaşı Ülkər Məmmədova məhkəmədə danışıb ki, əri onun adını Türkiyədə eyni adlı şokolad markasına qısqandığı üçün dəyişdirib və "Həcər" qoyub. 

Sfera.az Virtualaz.org-a istinadən xəbər verir ki, əri pilotsuz təyyarədən endirilən raket zərbəsi zamanı öldürüləndən sonra qadın bu ilin oktyabrında Suriyadan Türkiyəyə keçərək təslim olub. Onun barəsində terror təşkilatına üzv olmaq maddəsi ilə cinayət işi başlanıb, qadının ifadəsi alınıb və o, Mustafa Dokumacı ilə necə  tanış olub evləndiyi, Suriyaya necə getdiyi və orada ərinin nə işlə məşğul olduğu haqda danışıb.

Mustafa Dokumacı İŞİD-in tərkibində Türkiyədən olan yaraqlıların cəmləşdiyi "Dokumacılar qrupu"nun rəhbəri olub. Həmin qrupun mənsubları 2015-ci ildə Ankarada dəmir yol vağzalı qarşısında terror aktı törədiblər, özlərini partladaraq 103 nəfərin həlak olmasına, yüzlərlə adamın yaralanmasına səbəb olublar.

Adıyaman polis idarəsində bu ilin oktyabrında verdiyi ifadədə Ülkər Məmmədova İŞİD-in tərkibində döyüşən 103 nəfər Türkiyə vətəndaşının barəsində məlumatları çatdırıb. Bildirib ki, Mustafa Dokumacı ilə sosial şəbəkələr üzərindən tanış olub, oxumaq üçün Türkiyəyə gedib və orada evləndikdən sonra 2014-cü ildə Suriyaya keçiblər. Ü.Məmmədova Azərbaycanda nüfuzlu ailənin övladı olduğunu, atasının polkovnik rütbəsi daşıdığını deyib. Ərinin onu "məcburən İŞİD bölgəsində saxladığını" iddia edib. Terror təşkilatının fəaliyyətində iştirak etmədiyini bildirib.

 "Mən uşaqlarım naminə Suriyaya getdim. Gözü dönmüş ərim uşaqlarımı müharibənin ortasına atacaqdı. Bir ana olaraq buna necə icazə verə bilərdim",-o məhkəmədə deyib. O bildirib ki, Ankara vağzalında terror aktını törədən İŞİD-çiləri əri tanıyırdı, amma özü bu adamları tanımayıb. "Onlar ərimlə bərabər Suriyaya gediblər. Amma mən tanımıram, heç bir terror aksiyasını dəstəkləmirəm. Mən İŞİD-in nəzarətində olan bölgədə sadə həyat sürürdüm, onların heç bir fəaliyyətinə qarışmırdım",-azərbaycanlı qadın bildirib.

Məhkəmədə ondan İŞİD mənsubu olaraq özünə niyə "Həcər" kod adını seçdiyini soruşublar. Ü.Məmmədova isə bunu ərinin qısqanclığı ilə izah edib. "Adım Ülkər Türkiyədə şokolad, biskvit markasıdır. Ərim də qısqanc biri olduğundan bu ad tələffüz edildiyində insanların ağlına şokolad gəlməsin deyə mənə "Həcər" adını vermişdi. 2020-ci ilin avqustunda ərim hava hücumunda öldü. İdlibdə olduğumuz müddətdə ərim davamlı olaraq nələrsə araşdırırdı. Təhlükəli adam idi. Məni Türkiyəyə göndərmədi, çünki göndərsəydi onu ələ verəcəyimi bilirdi", - o deyib.

Ü.Məmmədova əri öldürüləndən sonra onun qardaşı Suat Dokumacı ilə əlaqə saxlayıb, Türkiyəyə dönmək istədiyini bildirib. Suat Dokumacı isə ona sərhədə gəlib Türkiyə əsgərinə təslim olmağı məsləhət görüb.

Məhkəmədə prokuror Ü.Məmmədovanın ifadəsini səmimi hesab etməyib, onun İŞİD və ərinin fəaliyyəti barədə bildiklərinin hamısını demədiyini irəli sürüb. Və onun peşimanlıq qanunundan faydalanmasının tam şəkildə mümkün olmadığını, barəsində İŞİD üzvü kimi cəza verilməsinin düzgün olacağını deyib. Məhkəmə heyəti isə belə qənaətə gəlib ki, Ü.Məmmədovanın İŞİD üzvü olduğu təsdiqlənib, amma onun könüllü təslim olduğu, təşkilatın strukturu və fəaliyyəti barədə məlumatlar verdiyi nəzərə alınaraq haqqında cəza verilməsinə ehtiyac olmadığı qərara alınıb. Ü.Məmmədova məhkəmə zalından azad edilib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Türkiyə hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi apardı - FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin nümayəndə he...

HƏMAS İsrailin girov mübadiləsi ilə bağlı təklifini RƏDD ETDİ 

Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında atəşkəs və girov mübadiləsi ilə bağlı son qərarını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə&...

"Bavariya" Zidandan "əlini üzdü" - Əsas namizəd...

"Bavariya" Zinəddin Zidanın baş məşqçi postuna namizədliyini nəzərdən keçirmir.   Sfera.az bildirir ki, daha əvvəl mətbuatda Münhen klubun...

Doktoranturaya elektron sənəd qəbuluna BAŞLANDI - YENİLƏNDİ

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb.   Sfera.az xəbər verir ki, sənəd qəbulu portal.edu.az vasitəsilə aparıl...

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri MÜZAKİRƏ ETDİLƏR

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.   ...

Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə iştirak etdi - FOTOLAR

Mərdəkan Mədəniyyət Sarayında növbəti tədbir baş tutub. Yığıncaq Beynəlxalq Mədəniyyət Gününə həsr olunub.   Sfera.az xəbər verir ki, tədbirdə bir sı...