“İsgəndər”dən də atdıq” deyən erməni general saxlanıldı

“İsgəndər”dən də atdıq” deyən erməni general saxlanıldı
II Qarabağ savaşında Azərbaycana qarşı "İsgəndər” raketlərindən də istifadə edildiyini deyən Ermənistan Baş Qərargahının keçmiş rəhbəri general-polkovnik Movses Akopyan Ermənistanın Xüsusi İstintaq Xidmətinə çağırılıb.
 
Sfera.az xəbər verir ki, bu barədə Akopyan erməni mətbuatına açıqlamasında deyib.

Akopyan bugünkü mətbuat konfransında verdiyi açıqlamalarla bağlı izahat vermək üçün Xüsusi İstintaq Xidmətinə çağırıldığını deyib.

Qeyd edək ki, Akopyan bu gün açıqlamasında II Qarabağ savaşında Azərbaycana qarşı "İsgəndər” raketlərindən də istifadə edildiyini etiraf edib. Bununla belə raketlərin nə zaman və hansı nöqtəyə atıldığını açıqlamayıb.
 

OXŞAR XƏBƏRLƏR