\"İsgəndər” raketləri ermənilərin əlinə necə keçib? - Rusiya Federal Təhlükəsizlik Xidmətinin açıqlamasına reaksiyalar

 \
"Problemli və ciddi məsələdir. Rusiya tərəfinin bu açıqlamasından bir şey anlamadım.  Artıq Rusiyada bu barədə cinayət işi qaldırılıb, istintaq gedir”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin Şuşada tapılan "İsgəndər-M” raketinin qalıqları ilə bağlı başlanan istintaq fonunda raketin erməni diasporunun liderləri vasitəsilə ölkənin Cənub Hərbi Dairəsindən qanunsuz yolla alınaraq Qarabağa göndərilməsi barədə verdikləri açıqlamaya münasibət bildirərkən hərbçi ekspert İbrahim Rüstəmli deyib:

 "İsgəndər” raketləri dəyəri milyonlarla dollar ölçülən silahdır.  Bu silah Rusiya cəbhəxanasının brendidir. Düşünürəm ki, təhlükəsizlik və məxfilik baxımından burada ciddi izolyasiya sistemi var. Bu raketlər kifayət qədər ciddi mühafizə olunur.  5-10 qutu avtomat silah deyil ki, kimsə maşının yük yerində harasa aparsın.  Ona görə də Rusiya tərəfindən "İsgəndər-M” raketləri ilə bağlı deyilənləri ciddi qəbul etmirəm. Erməni lobbisinin bu silahları asanca götürüb aparması ağlabatan deyil. Hər halda hadisələrin sonunu gözləməliyik”.

Politoloq Fərhad Mehdiyev də hesab edir ki, həmin silahların nəzarətdən kənar satılması inandırıcı deyil: "Təbii ki, Rusiya tərəfindən açıqlanan fikirlər inandırıcı görünmür. Çünki həmin inventarın belə çox rahat itirilməsi ağlabatan deyil.  Atılan raketlərin qalıqları göstərir ki, bu raketlər qadağan olunmuş raketlərdir. Bu raketləri erməni diasporası alıbsa da, onlar həmin pulu Rusiya hökumətinə verib. Yəni, həmin silahların nəzarətdən kənar satılması inandırıcı deyil”.
 
ASDP sədri Araz Əlizadə hesab edir ki, verilən açıqlamada məqsəd məsuliyyəti üzərlərindən atmaqdır: "Rusiya Müdafiə Nazirliyinin sözçüsü general Gerasimov əvvəl deyirdi ki,  onlarda olan bütün "İsgəndər” raketləri anbarlardadır. Rusiya hakimiyyətində gözəl bilirlər ki, bu raketləri Ermənistana özləri ötürüblər. Belə olmasaydı deyərdilər ki, xəbərimiz yoxdur. Bu cür açıqlama verməkdə məqsədləri məsuliyyəti öz üzərlərindən atmaqdır. Həmin hadisə göstərir ki, əyri yollarla həmin ölkədən "İsgəndər” raketləri almaq mümkündür”.

Elçin
 

OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...