“İsgəndər-M” qalmaqalı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməliyik” – Qabil Hüseynli
12:23 / 21.04.2021
2543
"Böyük dağıdıcı gücə və 500 km. məsafəni
vurmaq qabiliyyətinə malik raketdən atəş açıblar və ona da ölkənin siyasi rəhbərliyi
səviyyəsində icazə verilib. Amma indi deyirlər ki, raketlərin buraxılmasını müəyyən
etməyiblər. Gözlərinin içinə qədər yalan danışırlar”.
Bu sözləri Sfera.az-a açıqlamasında müharibə
dövründə Azərbaycan ərazisinə "İsgəndər-M” raketlərinin atılması və faktın təsdiqlənməsinə
rəğmən Rusiya Müdafiə Nazirliyinin Azərbaycan tərəfinə cavab məktubunda olayı
inkar etməsinə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib:
"Necə yəni, müəyyən etməyiblər? "İsgəndər-M”
atəş açanda kosmosdan onun şəklini çəkiblər. Axı, Moskva iddia edirdi ki, onun
şifrələri ölkənin siyasi rəhbərliyində olur. Yalnız siyasi rəhbərlik icazə
verdikdən sonra atəş açırlar”.
Elçin