No Image
No Image

“İsgəndər-M” qalmaqalı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməliyik” – Qabil Hüseynli

“İsgəndər-M” qalmaqalı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməliyik” – Qabil Hüseynli
"Böyük dağıdıcı gücə və 500 km. məsafəni vurmaq qabiliyyətinə malik raketdən atəş açıblar və ona da ölkənin siyasi rəhbərliyi səviyyəsində icazə verilib. Amma indi deyirlər ki, raketlərin buraxılmasını müəyyən etməyiblər. Gözlərinin içinə qədər yalan danışırlar”.

Bu sözləri Sfera.az-a açıqlamasında müharibə dövründə Azərbaycan ərazisinə "İsgəndər-M” raketlərinin atılması və faktın təsdiqlənməsinə rəğmən Rusiya Müdafiə Nazirliyinin Azərbaycan tərəfinə cavab məktubunda olayı inkar etməsinə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib: 
 
"Necə yəni, müəyyən etməyiblər? "İsgəndər-M” atəş açanda kosmosdan onun şəklini çəkiblər. Axı, Moskva iddia edirdi ki, onun şifrələri ölkənin siyasi rəhbərliyində olur. Yalnız siyasi rəhbərlik icazə verdikdən sonra atəş açırlar”.

Q.Hüseyni hesab edir ki, baş vermiş olayın hərtərəfli araşdırılması məqsədilə beynəlxalq təşkilatlara müraciət etməliyik: "Təəssüf ki, bəzi dövlətlər Azərbaycanı kiçik görərək, ölkəmizə yuxarıdan aşağı baxırlar”.
 
Elçin
 
Sehliyali

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezidentdən Azərbaycan-İran sərhədi ilə bağlı AÇIQLAMA

"Əziz sərhədçilər, bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. Azərbaycan-İran sərhədində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi açılır. Bu açılışda m...

Baydendən növbəti ermənipərəst addım - Azərbaycan necə reaksiya verəcək?

Xəbər verdiyimiz kimi Amanta Pauer ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) rəhbər gətirilib.   Ermənipərəst mövqeyi ilə diqqət çəkən siyasətçinin bu v...

Bayden “soyqırım" deməzdən öncə Ərdoğana niyə zəng etdi?

ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıdığını açıqladı. "Erməni soyqırımı" ifadəsini işlədən Bayden dərhal ardından deyib:...

Azərbaycanda nazirliklərin və komitələrin sayı azaldıla bilər - "Baş nazir müavinləri postu da ləğv olunsun"

"Hazırda Azərbaycanda 17 nazirlik, 7 Dövlət Komitəsi və 7 Agentlik fəaliyyət göstərir. Mən təklif edirəm ki, Nazirliklərin sayı 11-ə, Komitələrin sayı isə 3-ə e...

Prezidentdən yeni TƏYİNAT: Səhiyyə naziri vəzifəsinin icrası ona tapşırıldı

Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib.   Sfera.az-ın xəbərinə görə, bununla bağlı Prezident İl...

Hikmət Hacıyev: “Ümid etmək istərdik ki, ABŞ Administrasiyası tarixi səhvə yol verməyəcək”

"Qondarma və saxta erməni soyqırımı ilə bağlı Azərbaycanın qəti və birmənalı mövqeyi hər kəsə bəllidir. Əgər ABŞ-ın yeni administrasiyası tərəfindən belə bir ad...