İsgəndər Həmidov vəfat etdi
10:20 / 26.02.2020
3333
Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib.
Sfera.az xəbər ki, bu barədə Tibb elmləri doktoru, professor Adil Qeybulla sosial şəbəkədə məlumat verib.
Qeyd edək ki, yanvar ayının 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Əvvəlcə Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən İ.Həmidov sonradan "Bakı City Hospital”a köçürülmüşdü.