İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 4 nəfər tutuldu

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 4 nəfər tutuldu
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumatına görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun işğaldan azad olunmuş Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən Tərtər rayon sakinləri - Taleh Ağalarov və Əsəd Ağalarov saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Keçirilən digər tədbirlərlə isə rayonun Qapanlı kəndində qurulan nəzarət postunda polis əməkdaşlarına tabesizlik göstərərək işğaldan azad edilmiş Ağdam rayonuna keçməyə cəhd göstərən şəxslər də saxlanılıblar.

Araşdırmalarla onların Tərtər rayon sakinləri - Amin Əlibəyli və Taleh İbrahimov olduğu müəyyən edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə AZALIR

Qlobal texnologiya bazarı üzrə araşdırma aparan “Counterpoint”in məlumatına görə, Çində “Apple”nin məhsullarına tələb xeyli azalıb. ...

Sadır Japarov Azərbaycana dövlət səfərinə GƏLDİ - YENİLƏNDİ

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.   Sfera.az xəbər verir ki, hər iki ölk...

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...

“Altsheymer”ə çarə axtaran, qlobal problemləri həll etmək istəyən “Sabahın alimləri” – Onlar kimdir?

Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində uğurla iştirak edərək beş qızıl, bir gümüş medala sahib olan “Dünya&rdqu...

Devid Kemeron Türkmənistanda SƏFƏRDƏDİR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Aşqabadda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. ...

Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri BAŞLADI - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.   Sfera.az xəbər verir ki...