İşdən çıxarılan rəis şəhərdə şəxsi radar qoyubmuş - Sensasiya

İşdən çıxarılan rəis şəhərdə şəxsi radar qoyubmuş - Sensasiya
 

ATV-nin keçmiş əməkdaşı İlkin Əhmədov Bakı Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun işdən çıxarılmasının səbəbləri barədə maraqlı məlumat paylaşıb. 

Sfera.az  xəbər verir ki, İlkin Əhmədov əvvəlcə 2011-ci ildə Nuşirəvan Səfərovun ATV rəhbərliyinə zəngindən sonra işdən çıxarıldığını xatırladıb. 

 

"Dünən işdən çıxarılan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov 2011-ci ildə ATV-nin o vaxt prezidenti olan Tağı İbrahimova zəng edib demişdi ki, İlkin məni aylıq 3000 manat tasa qoymaq istəyib, mən də verməmişəm, başlayıb tənqid etməyə. Mənim də Eldar Mahmudov kimi vaxtlarım olub e! Bütün məmurları tasa qoymuşdum! 

Təbii ki, işdən çıxarıldım. Axı o boyda idarə rəisi, polkovnik yalan deyə bilməz!”, -deyə İlkin Əhmədov bildirib.

O, daha sonra Nuşirəvan Səfərovun işdən çıxarılmasının səbəblərinə toxunaraq bildirib: "İndi onun işdən çıxarılmasının əsl səbəbi barədə!!! Məndə olan məlumata görə, Səfərovun qeydiyyatda olmayan 10-dan artıq radarın quraşdırılmasında əli olub və nazir də ona görə işdən çıxarıb. Baş Dövlət Yol Polisi İdarəsinin alay komandiri Balakişi Əhmədovun buna dəxli var, ya yox, yalan deyərəm. Hələlik bu qədər”.

İlkin Əhmədov hazırda "Access Bank” QSC-nin mətbuat ximdətinin rəhbəri vəzifəsində çalışır. (yenisabah)


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...