İşdən çıxarılan polkovnik məşhur YAP-çının qohumudur

İşdən çıxarılan polkovnik məşhur YAP-çının qohumudur

Bakı Şəhər Dövlət Yol Polisi (BDYPİ) İdarəsinin işdən çıxarılan  Alay komandiri polkovnik Rəşadət Babayev Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, "91”lərdən olan məşhur deputat Eldar İbrahimovun qohumudr. 

Sfera.az xəbər verir ki, keçmiş Alay komandiri deputatın bacısı oğludur. 

Rəşadət Babayev Alay komandiri olmaqla yanaşı BDYPİ-nin rəis müavini vəzifəsində çalışırdı. Ötən ilin oktyabrında Daxili İşlər naziri Vilayət Eyvazov onu rəis müavini vəzifəsindən çıxarsa da, Rəşad Babayev Alay komandiri kimi fəaliyyətini davam etdirirdi.

Onun bu vəzifədən də azad edilməsi BDYPİ-dəki qanunsuzluqlarla bağlıdır. Yayıla məlumatlarda bildirilir ki, BDYPİ-də aparılan yoxlamalar zamanı idarə rəisi və Alay komandirinin tapşırığı ilə bir nəfər mülki şəxsin kameralara nəzarət etməsi, əsasən firma maşınları ilə bağlı "əməliyyatlar” keçirməsi, onların aylıq pul ödəməsi faktı da ortaya çıxıb.

Müəyyən edilib ki, Axundov Asim Nazim oğlu adlı həmin şəxs aylıq pul ödəyən avtomobillərin işinə nəzarət edirmiş. Bununla bağlı özünün qeydlər, rəislər üçün hazırladığı hesabat kitabı varmış. Həmin "qara bloknot” yoxlama zamanı ələ keçirilərək, araşdırmaya təqdim olunub. 

Güman edilir ki, "qara bloknot” daha bir neçə nəfərin işdən çıxarılmasına səbəb olacaq. 

Xatırladaq ki, BDYPİ-nin rəisi Nuşirəvan Səfərov bir neçə gün əvvəl vəzifəsindən azad edilib.(yeni sabah)


OXŞAR XƏBƏRLƏR