İşdən çıxarılan direktora yeni VƏZİFƏ VERİLDİ - FOTO

İşdən çıxarılan direktora yeni VƏZİFƏ VERİLDİ - FOTO
Ağdaş Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib.

Sfera.az xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Səxavət Məmmədova həvalə olunub.

O, bu təyinatadək Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin əvvəlki rəisi Ramiz Quliyev bir müddət əvvəl işdən çıxarılıb.

Xatırladaq ki, Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş, Ucar, Zərdab və Göyçay rayonlarını əhatə edir.
 
(report)

OXŞAR XƏBƏRLƏR