İşbaz sığortaçılar, əlacsız xalq! Zərərçəkən problemini kiminlə həll etsin?

İşbaz sığortaçılar, əlacsız xalq! Zərərçəkən problemini kiminlə həll etsin?
 

Müəyyən ləngimələr olsa da Azərbaycan hazırda sığorta sisteminə adaptasiya dövrünü yaşayır. Bir çox sığorta şirkətləri isə hazırkı dövürdən istifadə edərək, xeyirdə qalmağı zərərçəkənlərin ehtiyacından üstün tutur, uyğunluq təşkil etməyən qaydalar, şərtlər irəli sürürlər. Son zamanlar sığortalı və sığortaçılar arasında forma 4 arayışının fonunda söz-söhbətlər səngimir. Sürücülərin təbirincə desək, ehtiyac olsa da, olmasa da sığorta şirkəti zərərçəkəndan forma 4 arayışını tələb edir.Sfera.az xəbər  verir ki,  elə bu problemlə bağlı İqtisadiyyat.az saytına şikayət ərizəsi yollayan Mahir Zeynalov da "Günay” sığorta ilə aylar əvvəl baş vermiş qəzanın çəkişməsini yaşayır.

"İki ay əvvəl Ağ şəhərdə maşınımı vurdular. Dövlət Yol Polisi də hadisə yerinə gəldi, baxış keçirildi və sənədləşdirildi. Təyin edildi ki, vuran maşının sığortası mənim maşınıma dəyən zərəri ödəməlidir. Sözsüz-söhbətsiz razılığa gəldik. Amma həmin maşının sığortası "Günay” sığorta hələ də ödənişdən boyun qaçırır. Mənə 100, 150 manat təklif edirlər, halbuki 350 manat dəyərində zərərim var. Məndən bu zərər üçün forma4 tələb edirlər.”

Sığorta eksperti İlkin İbrahimovun sözlərinə görə forma4-ün tələbi ilə bağlı şərtlər var. Bəzi sığorta şirkətləri hadisənin sadələşdirilmiş qaydada sənədləşməsini qəbul etmirlər, müvafiq şərtlər olsa da, yol polisindən forma 4 arayışını gətirməyi tələb edirlər. Hadisə zamanı zərərçəkmişə dəyən zərər 1000 manatı ötürsə, sürücülər arasında problem yaşanırsa forma4 şərtdir. Bu sənədin tələbi ilə bağlı icbari sığortalar haqqında qanunda konkret məqamlar qeyd olunub.
"Ehtiyac olmadığı halda sığorta şirkətlərinin belə tələb səsləndirməsi əsassızdır. Bu hadisədə Bakı Dövlət Yol Polisinin protokolu kifayət edir. Son zamanlar bu mövzu ilə bağlı şikayətlər artıb. Bütün sığorta şirkətləri birmənalı olaraq forma4-ün doldurulmasını istəyir. Amma qanunvercilikdə tələb olunur ki, 1000 manatdan aşağı olan məbləğlər üçün bu arayışa ehtiyac yoxdur. Bu məsələlərin həlli birbaşa olaraq Maliyyə Bazarlarının Nəzarət palatasının üzərinə düşür. Palata bu məsələləri araşdırıb, öz hüquqi qiymətini verməlidir. Çox təəssüflər olsun ki, şikayətlər çoxdur, palata isə bu məsələnin üzərində ciddi dayanmır” deyə sığorta eksperti İlkin İbrahimov bildirib.

Şikayətlə bağlı isə "Günay” sığortadan bildirildi ki, "İcbari Sığortalar haqqında” Qanunun tələbinə əsasən səlahiyyətli dövlət orqanına, yəni DYP-ə  arayış alınması üçün dəfələrlə sorğu göndərilsə də heç bir cavab verilməyib. Qanunvericiliyin tələbini nəzərə alaraq hal-hazırda qeyd olunmuş iş üzrə sığorta ödənişinin verilməsi imkanlarımız xaricindədir. Bununla bağlı da tərəflərə də məlumat verilib.

Göründüyü kimi tərəflər məsələni bu şəkildə təqdim edərək, problemi bir-birlərinin üzərinə atırlar. Nəticədə hadisələr həlsiz qalmaqla yanaşı, günbəgün sayı artır. Ekspertin də dediyi kimi bunun başlıca səbəbi Maliyyə Bazarlarına Nəzarət palatasının məsuliyyətsizliyidir. Pafoslu çıxışlarla verilən vədlər havada qalır. Anomal hal isə xalq arasında məlum qurumlara olan etibarı sarsıdır. Görünən isə odur ki, avtomobillərin icbari sığortasını edən bu şirkətlərin prioriteti başqadır. Avtomobilin icbari sığortasının vaxtının bitməsinə iki, üç ay qalmış sığorta şirkətləri gecə-gündüz müştərilərini dəng edir, qəza olan zaman da sürücü iki, üç ay ödəniş üçün həmin şirkətin arxasınca sürünür. Bunun adı boşluqdur, işini bilməməkdir, qanunsuzluqdur və ya hər nədirsə, bu bizi yalnız inkişafdan saxlamır, həm də töhmət altında saxlayır. Yəqin ki, dalana dirənmiş bu sığorta problemlərinə tez zamanda hüquqi qiymət verilərək, həllinə nail olunacaq!



OXŞAR XƏBƏRLƏR

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...