İsa Qəmbərin oğlu da deputat olmaq istəyir - Seçkilərə qatıldı

İsa Qəmbərin oğlu da deputat olmaq istəyir - Seçkilərə qatıldı
Müsavat Partiyasının keçmiş başqanı və Milli Məclisin keçmiş spikeri İsa Qəmbərin oğlu Turqut Qəmbər növbədənkənar parlament seçkilərində iştirak etmək qərarı verib.

Sfera.az xəbər verir ki, Turqut Qəmbər növbədənkənar 9 fevral parlament seçkilərində iştirak etmək üçün lazımi sənədləri təqdim etdiyini bildirib. O, bu barədə sosial şəbəkədə hesabından çağırış edib.

"Bu gün növbədənkənar 9 fevral parlament seçkilərində iştirak etmək üçün namizədliyimin təsdiqlənməsi üçün lazımi sənədləri təqdim etdim. Namizədliyimi 22 saylı ikinci Nəsimi seçki dairəsindən irəli sürürəm. Namizədliyimi dəstəkləyən, mənim təbliğat kampaniyamda könüllü kimi iştirak etmək istəyən vətəndaşları komandama qoşulmağa dəvət edirəm. Bu müddət ərzində imzatoplama kampaniyasında, sonrakı mərhələdə təbliğat kampaniyasında, qapı-qapı görüşlərdə iştirak etmək istəyənlər bildirsinlər.

Bu barədə namizədliyim təsdiq olunandan sonra bir də çağırış edəcəm.

Seçki vətəndaşları fəallaşdırmaq, təşkilatlandırmaq, insanlarla birbaşa ünsiyyət, siyasi prosesə yaxından cəlb etmək üçün indiki şəraitdə ən yaxşı fürsətdir. Hakimiyyətin seçkiyə münasibəti barədə illüziyam yoxdur, ancaq bu müddət ərzində verilən bütün imkanlardan maksimum yararlanaraq keyfiyyətli və dinamik kampaniya həyata keçirmək üçün əlimdən gələni edəcəyəm.

Ölkədə köklü siyasi və iqtisadi dəyişikliklər tələb edən şəxslər bu prosesdən kənar qalmamalıdır."

OXŞAR XƏBƏRLƏR

“Dağlıq Qarabağ probleminin həlli çox yubandı...” – Rusiya XİN sözçüsü nə demək istəyirdi?

"Hərb variantını istisna etmək, Paşinyana təzyiq göstərmək və ölkəsinin geosiyasi maraqlarından çıxış edərək Zaxarova münaqişənin həllinin çox uzandığını dilə...

SSRİ bərpa oluna bilərmi? - Rusiya prezidentinin eyhamına ŞƏRH

"Bu cür təhlükəli perspektiv mövcuddur. Ancaq Putinin bu istəyi Rusiyaya rəqib olan ABŞ, NATO və AB kimi güclərin davranışından, pandemiyadan necə çıxacaqları...

“HEÇ FİKRİM DƏ YOXDUR...” - Müxalifətdən Koronavirus Fonduna kimlər pul köçürüb?

Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin toplanması prosesi davam edir. İmkanlı şəxslər, iş adamları, şirkətlər ölkənin bu ağır günlərində sözügedən ...

Milli Məclis koronavirusa görə iclaslara fasilə verəcək – DEPUTATLARDAN AÇIQLAMA

"Koronavirus səbəbindən Mlli Məclisin iclaslarına fasilə verilməlidir”. Sfera.az-a açıqlamasında bu sözləri koronavirusun genişlənməkdə olması səbəbində...

Nikolay Patruşev Bakıya niyə gəlir, nələr müzakirə oluna bilər? - EKSPERT RƏYİ

  "Partuşevlə görüşdə bir çox məsələlərlə yanaşı, Rusiyadakı kriminal mühitə bağlı azərbaycanlılar məsələsi də müzakirə oluna bilər”. Sfera.az-a a...

Conun əlindən yeyilən bir qab xörək: Yaxud, “payıza qalanlar” haqda ballada... – EMİL MƏMMƏDOV YAZIR

  1993-cü ilin yayında təsadüfən sahibləndikləri hakimiyyəti mövcud şərtlərin diqtəsi altında təhvil verməyə məcbur olan qüvvələrin həmin isti yay günlə...