İsa “Büllur” sarayda "möcüzə göstərdi": Ruhu Arif Hacılıda təzahür etdi – Emil Məmmədov yazır

İsa “Büllur” sarayda


Ötən bazar günü baş tutan Müsavat Partiyasının IX qurultayı gündəmin əsas siyasi mövzularındandır. Qurultay bitdi, amma qurultayın nəticələrilə bağlı müzakirə və polemikalar yekunlaşmaq bilmir. İstər sıravi müsavatçılar, istərsə də seçimləri uduzan başqanlığa namizədlər müxtəlif ittihamlar səsləndirir. Saxtakarlıq, ədalətsiz rəqabət şəraiti, sabiq başqan İsa Qəmbərin tərəfkeşliyi və digərləri səsləndirilən ittihamların yalnız cüzi qismidir. Bəs, əslində nələr baş verdi və ya baş verir?


Öncə qeyd edək ki, Müsavatdakı başqanlıq seçimləri ölkənin siyasi həyatı üçün o qədər də önəmli olay sayılmamasına rəğmən bir sıra aspektlərdən maraqla gözlənilirdi. Həm də ona görə ki, özünü mövcud hakimiyyətin əsas alternativlərindən hesab edən Müsavat son qurultayı ilə demokratik ənənələrə və azad, rəqabətli seçki prinsiplərinə sadiqliyini nümayiş etdirmək fürsəti qazanmışdı. Bu baxımdan gözlər qurultayın keçirildiyi "Büllur” şadlıq sarayına dikilmişdi. Amma baş verənlər göstərdi ki, "büllurluq” yalnız qurultayın keçirildiyi sarayın adındadır, prosesin özü isə kifayət qədər müəmmalı və qaranlıq idi.

 

Xatırlatmağa xüsusi ehtiyac duyulmasa da bildirək ki, Müsavat başqanlığı uğrunda hazırkı başqan Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı mübarizə aparırdı. Arif Hacılının rəqibləri qurultay gününə qədər mediada, sosial şəbəkələrdə və debatlarda Müsavatın düşdüyü acınacaqlı durumdan bəhs edir və bunda başqan Arif Hacılını günahlandırırdı. İttihamlar kifayət qədər tutarlı, Arif Hacılının kontur-arqumentləri isə ən zəif tənqidə belə tab gətirəcək gücdə deyildi. Bu üzdən qurultay nəticələrinin Arif Hacılı üçün yaxşı olmayacağı çox real görünürdü. Amma elə bu an Müsavatda "sirli-sehrli” olaylar baş verdi, İsa Qəmbər xüsusi açıqlama ilə çıxış edərək Arif Hacılını dəstəklədiyini bəyan etdi və qurultay nümayəndələrini ona səs verməyə çağırdı.


Bu, artıq qurultay nəticələrinin İsa Qəmbər-Arif Hacılı ikilisi tərəfindən zorlanacağı anlamına gəlirdi. Gözləntilər özünü doğrultdu. "Büllur” sarayda baş tutan İsa Qəmbər – Arif Hacılı siyasi izdivacından geriyə dəyişikliksiz Müsavat və dəyişməz başqan qaldı.


Səsvermənin şübhəli nəticəsinə əsasən Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçildi. Verilən açıqlamaya görə, Arif Hacılı 262, Tofiq Yaqublu 51, Yadigar Sadıqlı isə 20 səs toplayıb. Beləliklə də pərdə endi, Müsavatdakı seçki maskaradı da bununla yekunlaşdı.


Nəticəni necə dəyərləndirmək olar? Birmənalı şəkildə iddia edirəm ki, baş verənlər İsa Qəmbərin dirijorluğu ilə reallaşdı, o növbəti dəfə başqanlığından istefa verdiyi Müsavat Partiyasına nəzarəti ələ keçirdi. Heç kimə sirr deyil ki, Arif Hacılı İsa Qəmbərin kölgəsidir, onun başqanlığı elə dolayısı ilə İsa Qəmbərin başqanlığı hesab olunmalıdır. Situasiyanı obrazlı ifadə etsək, belə alınar: "Büllur” sarayda İsanın yeni sehrinə şahidlik etdik, onun ruhu Arif Hacılının cismində təzahür edərək başqanlığını davam etdirdi.

 

Yazını isə açıqlanmış nəticələrə görə seçkini uduzmuş Müsavat başqanlığına keçmiş namizəd Yadigar Sadıqlının fikirləri ilə yekunlaşdırıram:

"Əalətsiz seçkilər oldu. Dəyişikliyi qəbul etmədilər. Dəyişmək istəmədilər, tənəzzülü seçdilər. Müsavata keçmiş olsun"


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...