İş Stresi İlə Başa Çıxmağın Yolları - FOTOLAR

İş Stresi İlə Başa Çıxmağın Yolları - FOTOLAR

 

Stress reaksiyası çox təbii bir qorxu reaksiyasıdır. İnsanlar bu reaksiya sayəsində min illərlədir ki, dünya üzərində həyatını davam etdirir. Bu mənada insanda zəruri olaraq yaranan stress artımında insanlar tükənməyə, yaxud fərqli reaksiyalar göstərməyə başlayır.

 

Sfera.az xəbər verir ki, stress əlamətləri fərqli formalarda görünə bilər:

 

Fiziki əlamətlər: Gərginlik, baş ağrıları, ürək döyüntüləri şəklində olur.

 

Psixoloji əlamətlər: Daimi qarşıdurmalar, dözümün azalması, tolerantlığın azalması, yuxu və iştaha kimi qüsurlu hallarla ortaya çıxır.

 

Stress kilo, kilo isə stresi artırır

 

Xüsusilə iştaha dəyişikliklərinin stresslə yaxın əlaqə içində olduğunu qeyd edən ekspertlərə görə, bir çox adam fərqində olmadan stresslə bağlı olaraq artıq kilo almağa başlayır. Və alınan kilolar stressi daha da rtırır.

 

Stress olmazsa olmaz

Stresin insanlar üçün iş görmə zamanı lazımlı bir amil olduğuna vurğu edən mütəxəssislər, uyğun miqdarda stressin insanların müəyyənləşdirdikləri hədəflər istiqamətində təsirli olduğunu söyləyirlər.

 

Stress səviyyəsinin aşağı olması isə çalışanların hərəkətə keçməsini əngəlləyir. Bu səbəblə stressin heç olmaması gözlənməməlidir. Yenə ekspertlərin təsdiqinə görə iş yerində stressin səbəblərini belə sıralamaq mümkündür:

- Uzun iş saatları.

- Növbəli iş.

- İş məkanının erqonomik olmaması.

- İş yerindəki istilik və işıq sisteminin uyğun olmaması.

- Çalışanlar arasında ünsiyyət problemləri.

- İş mühitində dəstək və həmrəylik mühitinin olmaması.

- Gərgin rəqabət mühiti.

- Rol və məsuliyyətlərin aydın olmaması.

- İş praktikasının aşağı olması.

 


 

 

İş stresini azaltmaq üçün nələr edilməlidir?

 

Gününüzü planlaşdırın: Planlı olmaq bizi iki şeydən qoruyur; Birincisi görəcəyimiz işləri beynimizdə toplayaraq bizi əhəmiyyətli dərəcədə rahatlaşdırır, ikincisi isə görüləcək işlərdən artıq qalan zamanlarda bizim daha rahat dincəlməyimizə kömək edir. Həmçinin iş və istirahət vaxtlarını bizə xatırlatması cəhətdən də faydalıdır. Plansızlıq tələskənlik, işlərin bitməməsi, rahatızlıq kimi hallar gətirir.

 

Xüsusilə zaman basqısının daha çox hiss edildiyi bankçılıq və media işçiləri üçün işlərini planlaşdırmaq xüsusi əhəmiyyət daşıyır. Planlaşdırma bizi qeyri-müəyyənlikdən qoruyaraq məqsədlərimizi reallaşdırmağımıza köməkçi olur.


 

Artıq məsuliyyət götürməyin: Çox məsuliyyət daşımaq, stressi artıran səbəblərin başında gəlir.

 

Digər bir səbəb, özünə güvən hissinin olmasıdır.

 

Özünə inamın olması adamın stresslə daha asan baş etməsinə köməkçi olur. Görüləcək işlərin çoxluğu, dincələcək zamanın olmaması da stressi artırır.


Uzun müddət stressə məruz qalan insanın bədəni gərgin hala gəlir. Yəni bədən və beyin daim həyəcan vəziyyətində olur. Bu vəziyyətdə bədəndə bəzi problemlər, əzələ və oynaq ağrıları baş göstərməyə başlayır. Stress reaksiyasında artan adrenalini azaltmaq üçün, bədəni rahatlatmaq üçün gərilmək hərəkətləri mütləqdir. Gərilmə halında bədən daha az enerji sərf edir və istirahət edir.

 

Sağlam ünsiyyət qurmaq və dəstək almaq stresslə mübarizədə işimizi asanlaşdırır. Sağlam bir ailə həyatı, yaxşı bir evlilik əlaqəsi insanın həyatını rahatlaşdırır. Türkiyədə bu məsələdə qadınların kişilərə nisbətən daha uğurlu olduğu görülür. Qadınlar daha mühafizəkar saxlanıldıqları üçün stressə daha dözümsüz olduqları qeyd edilərkən; Problemlərini ətrafı ilə bölüşməklə daha tez və asan şəkildə stressdən uzaqlaşa bilirlər.

 

 

Aytac

 

 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.



 

 

 


OXŞAR XƏBƏRLƏR