Azərbaycanlı biznesmenin ayısı oteldən QAÇDI
16:09 / 17.03.2021
2982
Rusiyada qəfəsdən qaçan ayı şəhərdə narahatlığa səbəb olub.
Sfera.az xəbər verir ki, hadisə Nijnevartovskda baş verib. Belə ki, iş adamının otelində qəfəsdə saxlanılan ayı qaçıb və nəticədə sakinlərin qorxusuna səbəb olub. Lakin ayının azadlığı qısa çəkib. Şəhərin küçələrində gəzən ayını avtobus vurub. Ardınca o, mütəxəssislər tərəfindən yatızdırılıb.
Məlumata görə, qəzayla bağlı hər hansı itki və ya yaralanma olmayıb.
Surqut regionunun Daxili İşlər Nazirliyi insidentlə bağlı apardığı təhqiqat zamanı məlum olub ki, ayının sahibi azərbaycanlıdır. O, əvvəllər də dəfələrlə dəfələrlə sanitar normalara əməl etmədiyinə, silahın qeydiyyatı qaydalarını pozduğuna, alkaqolun parakəndə satışı qaydalarına əməl etmədiyinə və saxta alkaqol satdığına görə inzibati məsuliyyətə cəlb olunub.
Türkan
Sfera.az