İş adamı məşhur aktrisaya onunla xəyanət edirmiş - FOTO

İş adamı məşhur aktrisaya onunla xəyanət edirmiş - FOTO
Türkiyəli aktrisa Bensu Soralın həyat yoldaşı Hakan Baş son günlər haqlarında yayılan boşanma xəbərləri ilə bağlı ilk dəfə açıqlama verib.
 
Sfera.az bildirir ki, iş adamı "Söylemezsem olmaz” adlı verilişdə sözügedən məsələ ətrafında fikirlərini bölüşüb. Hakan bir neçə müddətdir aktrisa ilə münasibətlərində problem olduğunu təsdiqləyib.

"Bəli, Bensu ilə ortaq nöqtə tapa bilmədiyimiz məsələlərə görə, təxminən bir aydır problemli dövr yaşayırıq. Bir tərəfdən də münasibətimizi düzəltmək üçün cəhdlər edirik. Lakin kənardan gələn şərhlər bizi çətin vəziyyətə salır. Sizdən həssasiyyət istəyirik”, - deyə iş adamı əlavə edib.

Xatırladaq ki, Bensu Soralın həyat yoldaşı Hakan Başla arasında uşaq məsələsinə görə problem yaşandığı qeyd edilmişdi. Belə ki, Hakan ata olmaq istəsə də, Soralın analığa hazır olmadığı irəli sürülüb.
 
Digər bir iddiaya görə, cütlüyün münasibətinin korlanmasına Hakan Başın fenomen Mina Ceranla eşq yaşaması səbəb olub. Əyləncə məkanlarından birində Mina Ceranla birlikdə görüntülənən iş adamı xəyanətdə günahlandırılır. 

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR