No image
Cəmİyyət

“İrşad Telecom” və “Baku Electronics”dən ÖRNƏK ADDIM: Kredit ödənişlərini 1 aylıq dayandırdılar

“İrşad Telecom” və “Baku Electronics”dən ÖRNƏK ADDIM: Kredit ödənişlərini 1 aylıq dayandırdılar
 "İrşad Telekom” və "Baku Electronics” müştərilərinə dəstək məqsədilə kredit ödənişlərini 1 ay müddətinə dayandırdıqlarını elan ediblər.

Sfera.az yenicag.az-a istinadən xəbər verir ki, bu barədə bildiriş "İrşad Telecom” və "Baku Electronics”in "Instagram” səhifələrində yerləşdirilib.

"İrşad Telecom”un bildirişində bu qeydlər yer alıb:

"Əziz müştərilərimiz və səhifəmizin izləyiciləri! Sağlamlıq hər şeydən önəmlidir. Krediti düşünmək əvəzinə, dəyərli həyatınızı düşünün. Covid-19 virusu ilə əlaqədar olaraq, sizlərə dəstək olmaq adına aprel ayı üçün aylıq ödənişlərə bir aylıq fasilə verilməsini qərara aldıq.

28 mart tarixindən etibarən, bütün filiallarımızın fəaliyyəti müvəqqəti olaraq, dayandırılır. Bu günlər ərzində sadəcə onlayn sifariş üzrə nağd və taksitli alışlar həyata keçiriləcək. Sağlamlığınız bizim üçün hər şeydən önəmlidir”.
 
"Baku Electronics” də öz növbəsində müştərilərinə bir aylıq güzəşt tətbiq edib:

"Hörmətli müştərilərimiz! Bu günlərdə evdə qalmağınız, sağlamlığınız və təhlükəsizliyinizi düşünməyimiz birinci planda olmalıdır. Odur ki, aylıq ödənişinizə görə narahat olmayın. Karantin rejimi ilə əlaqədar olaraq, bütün müştərilərə aprel ayı üçün bir aylıq güzəşt müddəti tətbiq olunacaq”.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930