“İrşad Electronics” müştərilərin başına belə oyun açır - ŞİKAYƏT

“İrşad Electronics” müştərilərin başına belə oyun açır - ŞİKAYƏT

Kənan Xan adlı istifadəçi Facebookdakı "Müştəriyəm Şikayətim Var” qrupunda paylaşım edib.


Sfera.az şikayətçinin paylaşımını oxucularına təqdim edir:


"Salam. 12 avqust 2019-cu ilin 12 avqustunda "İrşad Electronics” dən kreditlə mobil telefon alddım. 2 gün sonra telefonun sensoru donduğuna görə servis xidmətinə müraciət etdim. Telefonu götürüb 2 gün sonra: "telefonda cızıqlar var və s.” bəhanəsi ilə ( red. yazılı cavabla) geri qaytardılar.

Onlara şikayət edəcəyimi bildirdim, həmən telefonu geri götürüb bir neçə gün sonra yenisi ilə əvəz etdilər. Yeni telefonda da eyni problem çıxdı, telefonu işlətmək mümkünsüzddür. Son 2 aylın ödənişi qalıb,ödəməməyə qərar vermişəm. Nə kimi hüquqlarım var? Mağaza bunun qarşılığında nə edə bilər, bəs mən buna cavab olaraq nə edə bilərəm? Əvvəlcədən təşəkkürlər!”


İstifadəçinin paylaşımına 11 bəyənmə və 22 şərhlə reaksiya verən qrup üzvləri sözügedən mağazalar şəbəkəsi ilə bağlı kədərli təcrübələrini bölüşüb və şikayətçiyə məsləhətlər veriblər.

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR