“İrşad Electronics” məni aldatdı, siz aldanmayın – ŞİKAYƏT MƏKTUBU

“İrşad Electronics” məni aldatdı, siz aldanmayın – ŞİKAYƏT MƏKTUBU

Facebookdakı "Müştəriyəm Şikayətim Var” qrupunda "İrşad Electronics”-dən şikayət var. Sfera.az Gunka An adlı istifadəçinin sözügedən məktubunu oxucularına təqdim edir:


"Şikayətim "İrşad Electronics”- dəndir. Uzun da olsa, oxuyun ki, Siz də aldanmayasınız. Karantin zamanı ilk olaraq "İrşad” kredit ödənişini dayandırdı və imkansızlara yardım kampaniyasına başladı. Kreditim olmasa da, bu hal məndə gözəl hisslər yaratdı və "İrşad”a təşəkkür edib onlardan online telefon sifariş etdim".

 

Yeni telefonunda qüsur aşkarladığı üçün servisə müraciət etdiyini söyləyən istifadəçi, fikrinin davamında yazır: "Telefonu şarj edəndə kamera hissəsi qızırdı deyə, servisə müraciət etdim. Servisdən operativ zəng gəldi. Özləri gəlib telefonu apardılar. Axşam zəng vurub yeni telefonla dəyişəcəklərini, amma mütləq servisə gəlməli olduğumu bildirdilər. Getdim. Mənə bir kağız verdilər. Dedilər, İnşaatçılar metrosu yaxınlığındakı filialımızdan YENİ telefonunuzu götürə bilərsiniz. Elə olanlar da bundan sonra başladı.”


Xanım şikayətçi başına gələnləri belə nəql edir məktubunda: "Dükana yaxınlaşdım. Satıcı möhürlü qutunu açdı. Xanımın davranışından şübhələndim. Dedim, fikrimi dəyişirəm. Başqa model istəyirəm. Cavabında xanım bunun mümkün olmadığını söylədi. "Servisdən sizin adınıza bu telefon gəlib. Yenidən Xətaiyə getməlisiniz”,- dedi. Nəticədə məni inandırdı ki, qutudakı yeni telefondu. Evə gəldim. Nömrəni daxil etmək istəyəndə baxdım ki, telefona artıq səliqəsiz şəkildə nömrə salınıb, kamerası da bərbad çəkir. Dükana qayıtdım. Baxış keçirdilər və haqlı olduğumu gördülər. Sadəcə geri qaytarmanın yalnız servisdə mümkün olacağını söylədilər. Etiraz etdim. Yeni telefon təklif etdilər. Güvənim itmişdi deyə, razılaşmadım,. Ertəsi gün servisə yaxınlaşdım. Telefonu geri qəbul etdilər. Pulumu da qaytardılar”.


Hər şeyin xoşluqla sonuclandığına baxmayaraq, gərgin karantin günlərində boşuna vaxt və əsəb itirən şikayətçi məktubunun sonunda "İrşad Electronics”-dən mal almaq istəyən hər kəsi ehtiyatlı olmağa çağırır: "Bu məktubu yazmaqda məqsədim sizi uyarmaqdır. "İrşad” dan mal alanda ehtiyatlı olun. Karantin günlərində vaxtımı aldılar, əsəblərimi korladılar. Sevdiyim, daimi müştərisi olduğum bir şirkət mənə mənəvi zərbə vurdu”.

 

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR