İritutumlu avtobuslar yoluxmanın qarşısını almaq üçün mühüm rol oynayır - RƏY

İritutumlu avtobuslar yoluxmanın qarşısını almaq üçün mühüm rol oynayır - RƏY
 Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayının artdığı bir vaxtda sanitar-epidemioloji və gigiyenik qaydalara riayət etmək​ məsələsi daha da aktuallaşır. Özəlliklə, insanların daha çox toplaşdığı ictimai nəqliyyatda sosial məsafənin qorunması və tibbi maskadan istifadə zərurətə çevrilir. Bəs pandemiya dövründə daşıyıcı şirkətlər tərəfindən istifadə olunan kiçiktutumlu avtobuslar nə dərəcədə təhlükəlidir? Bakı Nəqliyyat Agentliyi (BNA) bununla bağlı hansı işləri görür?

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayev bildirdi ki, pandemiya dövründə əməl etməli olduğumuz ən vacib tələblərdən biri sosial məsafəni gözləməkdir: 
 
 
"Bu, virus ilə mübarizə üçün tibb mütəxəssisləri tərəfindən ən çox məsləhət görülən davranış qaydasıdır. İnsanlar arasında ən azı 1,5 metr məsafənin gözlənilməsi yoluxma hallarının azalması üçün önəmli təsirə malikdir. İctimai nəqliyyatda sosial məsafənin gözlənilməsi üçün BNA tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Bu tədbirlərdən biri də daşıyıcı şirkətlərə məxsus bəzi kiçiktutumlu köhnə avtobusların yeni iritutumlu avtobuslarla əvəzlənməsi oldu. Bunlara 11, 24, 30 nömrəli müntəzəm marşrut xətlərini misal göstərə bilərik. Belə ki, bu xətlər üzrə sərnişindaşımaları "BakuBus” MMC-yə həvalə olunub​ və bu marşrutlar 12 metrlik avtobuslarla xidmət göstəriləcək". ​

Ekspertin sözlərinə görə, bu avtobuslar həcmcə böyük olduğu üçün daha çox insan götürmə gücünə malikdir: "Lakin burada məqsəd daha çox sərnişin qəbul etmək deyil, ara məsafəsini gözləməkdir. Belə ki, daha çox sosial məsafə saxlamaqla insanların yoluxmasının qarşısını almaq mümkündür. Güman edirəm ki, bu tədbirlər sərnişindaşımada yoluxmanın qarşısını almaq üçün mühüm rol oynayacaq. Məsələn, digər nəqliyyat vasitələrində - metroda böyük vaqon, taksidə böyük avtomobil seçmək alternativimiz yoxdur. Taksilərdə hazırda sürücü-sərnişin məsafəsini qorumaq üçün arakəsmələrin quraşdırılması tələb olunsa da, minik avtomobillərin daha  kiçik və qapalı məkan olduğunu deyə bilərik".

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...