İri ticarət mərkəzlərinin açılmasına icazə verilmədi

İri ticarət mərkəzlərinin açılmasına icazə verilmədi
 Sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində bir sıra məhdudiyyətlər qüvvədə qalacaq.

Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair Qərarda qeyd edilib.

Əlavə olaraq sərtləşdirilmiş xüsusi karantin rejimində  Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin aşağıdakı məhdudiyyətlər tətbiq ediləcək:

- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması;

- ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə  saat  00:00-dan 09:00-dək  yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi;

- 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətlərinin həyata keçirilməsi;

- çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti;

- 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək, 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.   Sfera.az xəbər verir k...

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” (UKEF) ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edi...

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR baş naziri Səbuhi Məm...

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...