İrəvanın Azərbaycanla bağlı FACİƏVİ SƏHVİ

İrəvanın Azərbaycanla bağlı FACİƏVİ SƏHVİ
Paşinyanın "dəvəquşu siyasəti”nin ağır bədəlini öz xalqı ödəyir; rusiyalı ekspert: "Onun və ətrafının ovqatı 1945-ci ilin yazında Berlindəki situasiyanı xatırladır”; israilli politoloq: "Müharibə tezliklə Ermənistanın tam və total çöküşü ilə bitəcək...”

Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağa dair 28 ildir kağız üzərində qalan qətnamələrini uğurla reallaşdırmaqdadır. Ermənistan və havadarlarının, eləcə də dünya erməni lobbisinin həşirinin nəticəsiz qalmasının birinci səbəbi əslində budur. Kim bizə nə deyə bilər, əgər silahlı qüvvələrimiz yalnız Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində antiterror əməliyyatı aparır və qanuni torpaqlarımızı işğaldan təmizləməklə məşğuldursa.

Beynəlxalq hüquqa əsasən isə işğal altındakı torpaqlar deyərkən əlbəttə ki, Dağlıq Qarabağ da nəzərdə tutulur. Şübhə yox ki, çox uzaq olmayan günlərin birində üçrəngli müqəddəs bayrağımız Xankəndində - separatçı-quldurların yuvasında da dalğalanacaq. Ola bilsin, ordumuzun şəhərə girməsinə heç ehtiyac qalmasın. Sonuncu Laçın yolu da nəzarətə götürüləndən sonra hansı ağılsız erməni əlində silah Azərbaycan Ordusuna müqavimət göstərməyə davam edər ki?

*****

Müstəqil əcnəbi hərbi ekspertlər də Qarabağda erməni separatizminin kökünün həmişəlik kəsilməsinə bir şey qalmadığını, Azərbaycanın qəti qələbəsinin yaxında olduğunu düşünürlər.

"Ermənistanın müasir yüksək texnoloji müharibə aparmağa qadir olmadığı ortaya çıxdı. Ermənistan Müdafiə Nazirliyi fəlakətli şəkildə Azərbaycanın hərbi qabiliyyətini düzgün qiymətləndirmədi”.

Sfera.az-ın "Yeni Müsavat”a istinadən məlumatına görə, bu barədə siyasi ekspert və məsləhətçi, Rusiyadakı "Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko telegram kanalında yazıb.

Onun sözlərinə görə, İrəvanın artıq açıq şəkildə uduzduğu indiki hərbi kampaniya bitdikdən sonra Ermənistanın hərbi elitasında genişmiqyaslı kadr təmizlənməsi labüd olacaq. "Hazırda Paşinyan və ətrafının ovqatı 1945-ci ilin yazında Berlindəki situasiyanı xatırladır: fəlakətin dərki və hansısa ”möcüzəyə" inam. Elə bir möcüzə ki, labüd olaraq müharibənin gedişini ermənilərin xeyrinə dəyişsin. Paşinyan üçün "möcüzə” isə Rusiya desantlarının Qarabağa girməsi və Rusiya tərəfindən "dqr” üzərindən uçuşlar üçün qadağan zonasının tətbiqi olardı. Ancaq 1945-ci ildə Hitler üçün "möcüzə silah”ı gətirən olmadı. Artıq bəllidir ki, 2020-ci ildə Qarabağa "desant enməsi” də, "uçuşa qadağan zonası” da olmayacaq. Uduzulmuş müharibəyə görə isə cavab vermək lazım gələcək", - deyə hərbi ekspert qeyd edib.

Korotçenko hesab edir ki, Nikol Paşinyanın Qarabağda hərbi uğursuzluğundan sonra İrəvanda hakimiyyətin dəyişməsi Moskvanın strateji maraqlarına tam cavab verir: "Yeri gəlmişkən, bu gələcəkdə ”iki stul"da oturmaq istəyən erməni siyasətçilərinə yaxşı dərs olacaq. Yəni ki, Qərb və Rusiya arasında ikili oyun bir daha İrəvanda alınmayacaq", - deyə o sonda əlavə edib.

"Müharibə tezliklə Ermənistanın tam və total çöküşü ilə bitəcək”.

Bunu isə İsraildən olan hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə ekspert Mixail Finkel söyləyib.

"Azərbaycanın dinc şəhərlərini Ermənistan aqoniya vəziyyətində atəşə tutur. Çünki döyüş meydanında məğlub olur və özünü 3-cü Reyxin sonlarında Hitler kimi aparır. Bütün bunlar dəhşətlidir və ən böyük qınağa layiqdir” - Finkel bildirib.

Mütəxəssis qeyd edir ki, beynəlxalq hüquq baxımından belə davranış açıq şəkildə terrorizm kimi qiymətləndirilir. "Bütün bunlar erməni tərəfinin terror təşkilatı olduğunu göstərir. Bu, terrorçuların taktikasıdır. Hədəf Azərbaycan xalqının ruhunu qırmaqdır. Amma bu baş tutmayacaq. Müharibə tezliklə Ermənistanın tam və total çöküşü ilə bitəcək”, - deyə yəhudi ekspert proqnoz verib.

*****

Ermənistanın başı qaçmış baş naziri isə hələ də maniakal şəkildə özünü və millətini aldatmaqda, özünə təsəlli verməkdə, acı gerçəyi danmaqdadır. Ancaq hara qədər?

"Azərbaycan hakimiyyəti öz cəmiyyətini o qədər qələbə xəbərləri ilə bəsləyib ki, artıq onlar hər gün və uzun müddətdir müharibənin onların tam qələbəsi ilə bitəcəyini gözləyirlər. Ancaq bu xəbəri almayacaqlar. Və onların (azərbaycanlıların - red.) məyusluğu Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə kimi qanuni haqqı tanınmayana qədər, bizim hamımız diplomatik həll yolu əldə etmək üçün konstruktiv məcrada səmimi səylər göstərməyənə qədər daha da dərinləşəcək”.

Nikol Paşinyan acı gerçəklə ziddiyyət təşkil edən bu özündənrazı sözləri "Əl Cəzirə” telekanalına son müsahibəsində söyləyib. Necə deyərlər, hələ də "fil qulağında yatıb”. Hələ də "dəvəquşu siyasəti” ilə bədbəxt xalqını aldadır və mənasız qırğına, ölkəsini isə uçuruma aparır.   

"İndi ermənilər təcili şəkildə öz qonşuları ilə münasibətləri yaxşılaşdırmağa və axmaq blogerlərin (Paşinyan nəzərdə tutulur - red.) rəhbərliyi altında olmamağa çalışmalıdırlar. Bu gün vəziyyət onlar üçün düşündüklərindən daha betərdir”.

Bunu gürcü politoloq Soso Mandjavidze yerli KİV-ə müsahibəsində deyib.

"Təəssüf ki, onlar boş ümidlərə qapıldılar və nəticədə çoxlu adam öldü. Biz artıq belə şeylərdən keçmişik və əgər ermənilərdə bir azca müdriklik qalıbsa, bizim nümunəmizdən öyrənməlidirlər. 80 milyonluq Türkiyə ilə 10 milyonluq Azərbaycan bölgədə 2 milyonluq əhalisi ilə təcrid olunmuş Ermənistanı tamamilə məhv edəcək”, - deyə gürcü politoloq xəbərdarlıq edib.

*****

Əlbəttə ki, söhbət Ermənistana ordu yeritməkdən getmir. Çünki hərbi müdaxiləsiz də bu saxta dövlət artıq böyük fəlakətin astanasındadır. Bu aqibətdən isə onları yenə yalnız qonşu Azərbaycan və Türkiyə xilas edə bilər. Yolu çoxdan bəlli...    



OXŞAR XƏBƏRLƏR

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Əməkdar artist Firuzə İbadova özü ilə bağlı yayılmış xəbəri təkzib edib.   Sfera.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında mə...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.   Sfera.az xəbər verir k...

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” (UKEF) ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edi...

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi ...

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...