İrəvandan şok bəyanat: Demirçyanı Putin öldürtdürüb
22:34 / 10.04.2019
14363
Parlament komissiyasının sədrindən sensasion açıqlama
Ermənistan Milli Şuranın Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının genişləndirilmiş iclasında sensasiyalı informasiya yayılıb.
Komissiyanın iclasında bildirilib ki, 27 oktyabr 1999-cu ildə İrəvanda baş vermiş hadisələr Rusiyanın xüsusi xidmət orqanları tərəfindən Vladimir Putinin əmri ilə həyata keçirilib.
Həmin hadisələr zamanı parlamentin spikeri Karen Demirçyan və baş nazir Vazqen Sarkisyan öldürülmüşdü. Hadisələrin müzakirəsinə həsr edilmiş iclası zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın silahdaşı, iqtidar partiyasından millət vəkili, Müdafiə və təhlükəsizlik məsələləri üzrə parlamentin daimi komissiyasının sədri Andranik Koşaryan sensasiyalı bəyanatla çıxış edib.
"Oktyabr ayının 27-də törədilən cinayətin üstü açılıb. Sifarişçilər məlumdur. Bu, Rusiyanın xüsusi xidmət orqanları tərəfindən Vladimir Putinin əmri ilə həyata keçirilib", - deyə erməni mətbuatının yaydığı bəyanatda vurğulanıb.