İrəvandakı küçələrə Vətən Müharibəsi qəhrəmanlarının adları verilir - FOTO

İrəvandakı küçələrə Vətən Müharibəsi qəhrəmanlarının adları verilir - FOTO
Qatı millətçiliyi ilə tanınan Ermənistan parlamentinin müxalifətdən olan deputatı Naira Zöhrabyan öz "Facebook” səhifəsində maraqlı paylaşım edib.

MediaBaku.az xəbər verir ki, erməni mətbuatının yer verdiyi həmin paylaşımda xanım deputat azərbaycanlıların "Google Maps” xəritələrində İrəvandakı küçələrə Vətən Müharibəsi qəhrəmanlarının adlarını verməsindən şikayətlənib.

Zöhrabyan qeyd edir ki, həmin xəritələrə müdaxilə edilərək, küçələrə azərbaycanlı döyüşçülərin adları verilib.

Və bunu az qala Azərbaycanın növbəti təcavüzü kimi qələmə verərək, hökuməti "türklərlə sülhü təbliğ etməkdə” günahlandırıb:

""Google Maps” xəritələrində azərbaycanlılar İrəvan küçələrinin adlarını öz qəhrəmanlarının adlarına dəyişdiriblər. Faktiki olaraq mən Polad Həşimovun adına olan küçədə yaşayıram. Türklərlə sülhü təbliğ etməyə davam edin”./azpolitika


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...