No Image
No Image

İrəvanda Paşinyanla görüşən Şoyqu: “Qarabağda dinc bir həyat qurulacağına ümidvaram”

İrəvanda Paşinyanla görüşən Şoyqu: “Qarabağda dinc bir həyat qurulacağına ümidvaram”
"Bu günlərdə Qarabağ ərazisində 23 müşahidə məntəqəsi qurmuşuq".
 
Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

"Bəyanat imzalanandan sonra qısa bir müddət ərzində sülhməramlıları bölgəyə yerləşdirdik. Dünən bu proses başa çatdı. Biz Xankəndinə gedən yola, Laçın dəhlizinə nəzarət edirik. Xankəndindən köçənlərin geri qayıtmasını və hərəkətin təhlükəsizliyini təmin edirik. Bizim əsas hədəfimiz qan tökülməsinin qarşısının alınmasıdır. Biz bütün məsələləri, o cümlədən hərbi və hərbi-texniki istiqamətdə əməkdaşlıqları müzakirə edəcəyik”, - Şoyqu bildirib.

Rusiya Müdafiə naziri görüşdə həmçinin, Qarabağda sülhün bərqərar olması üçün çox işlər görüləcəyini deyib.

"Gələcəkdə çox iş gözlənilir, bu dəfə də Qarabağda dinc bir həyat qurulacağına ümidvaram. Əlbəttə ki, əsas vəzifəmiz qan tökülməsinin qarşısını almaqdır. Bu, baş komandanımızın qarşımıza qoyduğu vəzifədir və biz bunu qətiliklə yerinə yetirmək niyyətindəyik”, - deyə o vurğulayıb.

S.Şoyqu vurğulayıb ki, baş nazirlə görüşündə Rusiya sülhməramlılarının fəaliyyəti, hərbi və hərbi-siyasi sahələrdə ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə etməyi planlaşdırır:

"Böyük bir proqramla gəldik və onu həyata keçirəcəyimizə ümid edirik”.

OXŞAR XƏBƏRLƏR

Laçın narahatlığı: "Bu, BMT qətnaməsi deyil ki..."

"Laçın dekabrın 1-də boşaldılacaq". Sfera.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Ekspert vətəndaşların narahat...

Ara Ayvazyanın yalançı optimizmini ifşa edən 4 tezis – Erməni nazirə çətin suallar

Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan son prosesləri dəyərləndirən diplomatik cəbhədə Ermənistanın məğlub olmadığını bəyan edib. Sfera.az xəbər v...

Erməni cinayətləri Meksika mətbuatında: "Atəşkəs imzalanmasına baxmayaraq..."

Meksikanın xarici əlaqələr sahəsində nüfuzlu "PROTOCOLO” diplomatik jurnalında erməni separatizminə qarşı yeni məqalə dərc olunub. Sfera.az xəbər verir ki...

Milli Məclisdə Fransa Senatının qətnaməsinə etiraz bəyanatı müzakirə olunur

Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı müzakirəyə çıxarılıb. Sfera.az xəbər verir ki, etiraz bə...

Rusiya MN-dən Kəlbəcərlə bağlı açıqlama - VİDEO

Rus sülhməramlıları Kəlbəcər bölgəsinə nəzarətin ötürülməsi zamanı üçtərəfli razılaşmanın icrasına nəzarəti təmin ediblər. Sfera.az  xəbər verir ki, ...

Kəlbəcər Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti ilə təhvil verilib - VİDEO

Kəlbəcər rayonu Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti altında təhvil verilib.  Sfera.az xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirli...