İrəvanda etirazçılar universitet binasına daxil oldular

İrəvanda etirazçılar universitet binasına daxil oldular
İrəvanda müxalifət tərəfdarları ilk mərkəzləşdirilməmiş etiraz aksiyasına başlayıblar.

Sfera.az  xəbər verir, bir neçə müxalif fəal İrəvan Dövlət Universitetinin binasına daxil olaraq müəllim heyətini vətəndaş itaətsizliyi aksiyasına qoşulmağa çağırıb.

Onlar dəhlizlərdə gəzir, ofislərə girir və "Müəllimlər, qoşulun”, "Tələbələr, qoşulun”, "Nikolsuz Ermənistan!” şüarlarını səsləndiriblər.

İrəvan Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Geğam Gevorkyan aktivistlərin qarşısına çıxaraq, hakimiyyətin getməli olduğunu bildirib.

"20 noyabr 2020-ci ildə dedim ki, mövcud hakimiyyət həqiqətən istefa verməlidir. Sözlərimi təsdiqləyirəm. Ancaq ictimai asayişi pozmayaq”,- deyə rektor qeyd edib.

Universitet binasına polis qüvvələri cəlb olunub.

Qeyd edək ki, Ermənistanın müxalif "Vətənin xilası hərəkatı”nın üzvü Geğam Manukyan xalqı çərşənbə günündən etibarən İrəvanın müxtəlif yerlərində kütləvi etiraz aksiyalarına çağırıb.

OXŞAR XƏBƏRLƏR

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...