İrəvan Qarabağ anlaşmasını məsələnin tam həlli kimi tanımaqdan İMTİNA ETDİ

İrəvan Qarabağ anlaşmasını məsələnin tam həlli kimi tanımaqdan İMTİNA ETDİ

İrəvanda əmindirlər ki, hərbi əməliyyatların dayandırılmasına dair razılaşma Qarabağla bağlı bütün məsələləri tamamilə həll edən sənəd hesab edilə bilməz, Bakı isə fərqli düşünür - bu Qarabağ məsələsinin tam həllidir.


Sfera.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Ermənistan rəhbərliyi üç dövlət başçısının Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanatının Dağlıq Qarabağ məsələsinin hərtərəfli həlli olduğunu düşünmür.


Ermənistan Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumata görə, Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan bunu Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransa xarici işlər naziri Jan-İv LeDrian və ABŞ dövlət katibinin müavini Stiven Bigan ilə telefon danışıqları zamanı söyləyib.


Sözügedən bəyanat atəşkəs rejiminin qurulmasına və sülhməramlı qüvvələrin Artsaxa yerləşdirilməsinə yönəlib və Dağlıq Qarabağ məsələsinin hərtərəfli həlli hesab edilə bilməz ”,- deyə nazir bildirib.

 

Bir gün əvvəl növbəti dəfə xalqına müharibədəki məğlubiyyətin səbəblərini izah edən Ermənistanın Baş naziri Nikol Paşinyan da buna oxşar mövqe bildirmişdi.


"Bu sənəd məsələnin tam həlli demək deyil, sadəcə döyüş əməliyyatlarının dayandırılmasını təmin edir. Qarabağ məsələsi bu vaxta qədər həll olunmadığı kimi, yenə də həll olunmamış qalır”,- deyə Paşinyan bəyan etmişdi.

 

Bu arada,Bakıdan əks məzmunda açıqlamalar səsləndirilir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbül oğlu RBK-ya müsahibəsində atəşkəs bəyanatını problemin həlli kimi qiymətləndirib.

Tərcümə etdi: Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR