“İrəvan Bakının təklif etdiyi masaya əyləşmək zorundadır” – Kreml sözçüsü nə demək istəyib?
11:14 / 22.10.2021
2254
"Zaxarovanın dediklərindən bu nəticəyə gələ
bilərik ki, Moskva Bakı və Ankaranın irəli sürdüyü "3+3” formatının tezliklə
reallaşmasını istəyir. "3+3”
formatının reallaşmasını şərtləndirən amillər var. Məsələn, sərhədlərin delimitasiyası,
kommunikasiyanın bərpası (Zəngəzur dəhlizi daxil olmaqla), Bakının şərtləri çərçivəsində
sülh sazişinin imzalanması və s”.
Bu sözləri
Sfera.az açıqlamasında siyasi şərhçi Asif Nərimanlı Rusiya Xarici İşlər
Nazirliyinin sözçüsü Mariya Zaxarovanın "Rusiya Cənubi Qafqaz üzrə 3+3
formatının (Azərbaycan, Rusiya, Türkiyə, İran, Ermənistan, Gürcüstan) ən yaxın
zamanda işə salınacağını təxmin edir” sözlərini şərh edərkən deyib.
"Hətta əməkdaşlıq
platformasının ilkin dövrdə 2+2 formatında olması da mümkündür. Yəni Türkiyə-Rusiya
və Azərbaycan-Ermənistanın iştirakı ilə platforma öz işinə başlaya bilər. İran
və Gürcüstan isə prosesə sonradan qoşula bilərlər.
Turan Rzayev