Çıraqlı yenidən atəşə tutuldu: evlər hədəfdə - FOTO

Çıraqlı yenidən atəşə tutuldu: evlər hədəfdə - FOTO

Ermənistan silahlı qüvvələri cəbhədə atəşkəsi pozub.

Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə,işğalçı ordunun bölmələri ötən gün gecə saatlarında Ağdam rayonunun Çıraqlı kəndini atəşə tutub.

Müxtəlif silahlardan açılan mərmilər fərdi yaşayış evlərinə dəyib.

Yerli sakinlərin verdiyi məlumata görə, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Azərbaycan ordusunun cavab atəşindən sonra düşmən ordusu susmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, bir neçə gün əvvəl də ermənilər Çıraqlı kəndini atəşə tutaraq mülki əhalini hədəfə almışdı.

Fotoları Çıraqlı kənd sakini Fəxri Məmmədov çəkib.

 


OXŞAR XƏBƏRLƏR