İranla sərhəddə 130 kilodan çox heroin tapıldı
14:25 / 03.12.2021
791
Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev özünün "Tvitter" hesabında paylaşım edib.
O bildirib ki, ölkənin cənub sərhədində - Astara gömrük postunda 137 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.