“İranın Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları cəfəngiyatdır” - Ekspert

“İranın Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları cəfəngiyatdır” - Ekspert
Zəngəzur dəhlizinin açılmasına etiraz edən İran bəhanə kimi iqtisadi maraqları da önə çəkir. İranlı mütəxəssislərin, din adamlarının şərhlərinə görə dəhlizin açılması digər ölkələrlə nəqliyyat və digər kommunikasiya əlaqələrini zəiflədəcək, regionla ticarət əməliyyatlarını azaldacaq. 

Bu cür açıqlamaları cəfəngiyat hesab edən iqtisadçı-ekspert Natiq Cəfərli Sfera.az saytına açıqlamasında qeyd etdi ki, İran Zəngəzur dəhlizinin açılmasının iqtisadi baxımdan ona ziyan vurduğunu əsaslandıra bilməz. Ekspert söylədi ki, Zəngəzur dəhlizinin açılması nəinki İranın iqtisadi maraqlarına zərbə vuracaq, əksinə, İranın iqtisadi imkanlarını artıracaq. 

"Gətirəcəyi iqtisadi dividentləri nəzərə alsaq, dəhlizin açılmasından ən çox faydanı götürəcək ölkələrdən biri də İran olacaq”, - deyən N.Cəfərli vurğuladı ki, bu dəhliz uzun illər sanksiyalar altında yaşayan İran üçün dünyaya açılan yeni qapı olacaq: 

"İranın yeni kommunikasiya xətlərinə ehtiyacı var. Azərbaycan bu məsələdə hər zaman İranı dəstəkləyib. Təsadüfi deyil ki, Şimal-Cənub dəhlizi layihəsində Azərbaycanın İranla birgə iştirakı, İranın ərazisində görüləcək işlərə məhz Azərbaycan kreditlərin ayrılması buna sübutdur. 

Zəngəzur dəhlizinin açılması ilə İran bütün istiqamətlər üzrə yeni marşurutlar əldə edir. İranın Rusiyaya çıxışı asanlaşacaq, onun Orta Asiya respublikaları ilə kommunikasiya əlaqələrinin çeşidi artacaq, İran hətta Baltik dənizinə qədər asanlıqla çıxmaq üçün həm dəmir, həm də avtomobil yolu marşurutlarını əldə edir. 
İndiki halda Rusiya ilə ticarət əlaqələri daha çox Ermənistan, Gürcüstan, sonra yuxarı Larsdan keçməklə həyata keçirilir. Bu zaman əsasən avtomobil yollarından istifadə edilir. Lars yolu mövsümi amillərlə, eyni zamanda Gürcüstanla Rusiya arasında ara-sıra baş verən siyasi gərginliyə görə bağlanır. 

Zəngəzur dəhlizi açılmaqla İran daha ucuz və daha əlverişli daşıma vasitəsilə Rusiyaya, oradan Baltik dənizinə qədər yeni kommunikasiya xətləri əldə edir. 
İqtisadi baxımdan bu dəhlizin açılmasında ən çox maraqlı olan dövlətlərdən biri İran olmalıdır”. 

Buna görə də ekspert hesab edir ki, İranın etirazları iqtisadi məntiqlə izah edilə bilməz. Onun sözlərinə görə etirazların olması geosiyasi səbəblərlə bağlıdır.  

Vasif
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Türkiyədən gələn məhsullar ucuzlaşmayacaq, Rusiyanın məhsulları isə bahalaşacaq" - PROQNOZ

"Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olan Türkiyə və Rusiyada milli valyutalarla bağlı maraqlı proseslər gedir”.   Sfera.az bildirir ki, bunu ...

Əhalinin banklarda nə qədər pulu var? - RƏSMİ

Azərbaycanda əhalinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) banklarda olan əmanətləri sentyabr ayında 3.1% (263.4 mln. manat) artaraq 8 mil...

"Bir “iPhone” almaq üçün 2,5 ton pomidor istehsal edib satmaq lazımdır" - İqtisadçı

"2021-ci ilin 9 ayında (yanvar-sentyabr) Azərbaycandan 128 milyon 243 min dollar dəyərində 119 min 138 ton pomidor ixrac olunub”.   Sfera.az bildirir ki,...

"Minimum əmək haqqının DSMF-yə ödəniş üçün əsas yaratması ləğv edilsin!” - TƏKLİF

"Minimum əmək haqqının artması halında fərdi sahibkarların Dövlət Sosial Müdafiə Fonduna ödədiyi ödənişlərin də artacaq”.   Sfera.az bildirir ki, bunu iq...

Vahid Ələkbərov “Lukoil”dakı payını artırdı

"Lukoil”in rəhbəri Vahid Ələkbərov şirkətdə 28,33%, onun strateji inkişaf üzrə vitse-prezidenti Leonid Fedun isə 9,32% paya sahibdir. Sfera.az xəbər verir...

“Avropanın qaz böhranından Bakı və Ankara qazanclı çıxa bilər” – Yeni müqavilənin məğzi

"Türkiyə ilə imzalanan yeni qaz müqaviləsi iki ölkə arasında strateji əhəmiyyətə malikdir. Xüsusilə Avropada yaşanan qaz böhranı fonunda bu müqavilə Türkiyəni...