No Image
No Image

“İranın verdiyi mükafat bizə lazım deyil” – Polad Həşimovun anası medalı qaytardı

“İranın verdiyi mükafat bizə lazım deyil” – Polad Həşimovun anası medalı qaytardı
"İranın verdiyi mükafat bizə lazım deyil”

Bir müddət öncə İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri və Dini Lider Seyid Əli Xamneyinin Bakıdakı rəsmi nümayəndəsi Əli Əkbər Ocaqnejad general Polad Həşimovun ailəsini ziyarət edib.

Sfera.az xatırladır ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün "Tvitter” səhifəsində paylaşım etmişdi.

Səfir bildirmişdi ki, səfirliyin hərbi attaşesi və dini rəhbərin Azərbaycan üzrə nümayəndəsi Əli Əkbər Ocaqnejadla birlikdə general şəhid Polad Həşimovun evində olub.

Qeyd edək ki, səfir bildirib ki, onlar öldürülmüş general Qasım Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim ediblər.

Lakin şəhid general Polad Həşimovun ailəsi xəbəri təkzib edib.

Sosial şəbəkədə yayılan məlumata görə, Polad Həşimovun anası Səmayə xanım mükafatı almadıqlarını bildirib.

"İranın Poladın adına verdiyi medal bizə lazım deyil. Oğlumun adından istifadə etməsinlər. Aidiyyatı qurumlardan da medalı geri qaytarmaq üçün bizə kömək etmələrini tələb edirəm”-deyə, Səmayə ana bildirib.

Polad Həşimovun qardaşı İlham Həşimov Günaz.TV-yə açıqlamasında xəbəri təsdiq edib.

"Bəli, xəbər doğrudur. Biz o mükafatı qəbul etməmişik. Şəhid general-mayor Polad Həşimovun adından sui-istifadə etməsinlər”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi – Yenə külək…

Mayın 9-da gündüz Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-23 m/s, mayın 10-da isə şimal-qərb küləyinin əsəcəyi, 15-20...

Üç hakim işdən çıxarıldı, ikisinə töhmət verildi

Bu gün Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib. Sfera.az xəbər verir ki, iclasda hakimlər barədə qiymətləndirmə materialları h...

Şahin Mustafayevə ağır itki

Baş nazirin müavini Şahin Mustafayevə ağır itki üz verib. Sfera.az xəbər verir ki, onun atası Abdulla Mustafayev 89 yaşında Qazax rayonunun Qaymaqlı kəndi...

Ölkəmizdə koronaya yoluxanların sayı azaldı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 844 yeni yoluxma faktı qeydə alınıb, 2057 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər ve...

Azərbaycana gətirilən vaksinlərdən ən effektlisi hansıdır? - PROFESSOR AÇIQLADI

Azərbaycanda son bir neçə gündə koronavirusa yoluxma sayı aşağı düşüb. Yayılan son statistikaya görə, 963 yeni yoluxma faktı qeydə alınıb, 2091 nəfər müal...

Qarabağda döyüşən muzdlu terrorçunun görüntüləri - VİDEO/FOTO

Vətən Müharibəsində Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak edən muzdlulardan biri Livan vətəndaşı Eulcekcian Vi...