“İranın sərhədləri və hava məkanı Azərbaycan üçün açıqdır” - Xətibzadə

“İranın sərhədləri və hava məkanı Azərbaycan üçün açıqdır” - Xətibzadə
Rəsmi Tehran İranın hava məkanının Azərbaycan təyyarələri üçün bağlı olması barədə yayılan məlumatlarla bağlı açıqlama yayıb.

Sfera.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə Tehran və Bakı arasında əlaqələrin normal olduğunu bildirib.

"İran hava məkanını heç vaxt Azərbaycan üçün bağlamayıb. İranın sərhədləri və hava məkanı Azərbaycan üçün açıqdır.

İran İslam Respublikası bir sıra məsələ barədə narahatlığını ifadə edib və onlar (Azərbaycan – red.) bunları aradan qaldıracaqlarını vəd ediblər”, - deyə Xətibzadə vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə AZAL İran üzərindən Naxçıvana mülki uçuşlara qadağa qoyulmadığına dair açıqlama yayıb. Lakin sosial şəbəkələrdə İranın Azərbaycanın hərbi yüklərinin daşınması üçün hava məkanını bağlaması barədə xəbərlər yayılıb. Rəsmi Tehran bu məsələ ilə bağlı hələ açıqlama verməyib.

OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...