İranın məşhur klubunun 11 futbolçusu koronavirusa yoluxdu

İranın məşhur klubunun 11 futbolçusu koronavirusa yoluxdu
 İranın "İstiqlal" klubunda koronavirusa kütləvi yoluxma halı baş verib.

Sfera.az xəbər verir ki, 61 nəfərdən götürülmüş analizlərdən sonra 12 nəfərdə infeksiya aşkarlanıb.

Bunlardan 11-i futbolçu, 1-i isə komandanın tibb personalıdır. Virusa yoluxan şəxslərin adları açıqlanmayıb.

Qeyd edək ki, İran koronavirusa yoluxanların sayına görə dünyada ilk "10-luğ"a düşüb. 

OXŞAR XƏBƏRLƏR