İranın kəşfiyyat qurumlarının yeni oyunları – YENİ FAKTLAR

İranın kəşfiyyat qurumlarının yeni oyunları – YENİ FAKTLAR
Noyabrın 10-da sosial şəbəkələrdə yayılan bir video ölkə gündəmində geniş müzakirə mövzularından birinə çevrilib.

Sfera.az xəbər verir ki, "demokrat.az” saytında "hz.mehdi313” adlı teleqram kanalında yayımlanmış intim görüntülərin əks olunduğu video paylaşılıb.

Xatırladaq ki, daha əvvəl - 2021-ci il 21 oktyabr tarixində özünü "Şeyx Sərdar Hacıhəsənli” adlandıran Sərdar Akif oğlu Babayev dövlətə xəyanət ittihamı ilə həbs olunub.

Bundan sonra "dindar” qardaşlar səs-küy salmışdılar ki, "ay tutmayın...”. Və dünən sosial şəbəkələrdə yayılan məlumatlardan aydın oldu ki, Sərdar Babayevin "Azərbaycan Ruhanilər Məclisi”-nin digər üzvləri haqqında şantaj xarakterli məlumatlar toplamaq məqsədilə onların intim görüntülərinin yer aldığı videolar çəkirmiş. 

Ehtimal olunur ki, Sərdar Babayev özünün çəkdiyi görüntüləri şantaj vasitəsi kimi istifadə olunması məqsədilə İran xüsusi xidmət orqanlarına ötürüb.

Həmin intim videoların isə İranın müvafiq kəşfiyyat qurumları tərəfindən dini inanclı şəxslərin fərqli maraqlar çərçivəsində əməkdaşlığa cəlb olunması üçün istifadə olunduğu güman olunur:

1. İnsanları təhdid edərək öz sıralarına cəlb etmək;

2. Onları öz çirkin əməllərinə alət etmək;

3. Şəbəkəyə xidmət etməkdən boyun qaçıran və ya ayrılmaq istəyən şəxslərin şantaj yoluyla önlərinin kəsmək.

Sosial şəbəkələrdə yayılan videoya gəlincə...

Yuxarıda qeyd etdiyimiz videodakı şəxsin Cəlal Şəfiyev olduğu üzə çıxıb. Belə ki, Cəlal Şəfiyev sosial şəbəkə hesabından etdiyi paylaşımda görüntülərdəki şəxsin özü olduğunu bildirib. Maraq doğuran nüans isə, Cəlalın öz əməlindən utanmaq yerinə, görüntüləri hazırlayan şəxsləri "analarını, bacılarını nəzərə alsınlar”, - kimi fikirlərlə tənqid etməsidir.

Lakin videodan da aydın görünür ki, kamera məhz Cəlalın müdafiəsinə qalxdığı "Şeyx”i Sərdar tərəfindən otağa yerləşdirilib. Bu isə şəbəkənin qurbanlarını hansı həddə qədər manipulyasiya edə biləcəyinin əyani sübutudur.
Qeyd edək ki, Cəlal Şəfiyevin görüntüləri Sərdar Babayevin həbs olunmasından təxminən 2 həftə sonra yayılıb. 
Bu isə, şəbəkənin fəaliyyətinə Sərdar Babayevin həbsi ilə son qoyulmadığını təsdiq edir.

Görünən qədərilə, vacib oyunçularından birini itirən şəbəkə, qorxutma metoduna əl ataraq şantaj etdikləri şəxslərin sıralarından ayrılmasına bu cür çirkin yolla mane olmağa çalışır. 

Təəssüf doğuran əsas məqam isə, ölkədə əksəriyyət təşkil edən şiə əqidəli insanların dini inanclarının məzhəb pərdəsi arxasında gizlənən İran xüsusi xidmət orqanları tərəfindən asan hədəf kimi görülməsidir. 

İranla Azərbaycana qarşı bütün xəyanətlərini bir məqaləyə sığmayacaq qədər çox olsa da, Sərdar Babayev kimi "Şeyx Nəsrullah”ların əməllərinin hansı gücə xidmət etdiyi xalqımız tərəfindən heç bir zaman unudulmamalıdır.

Çünki tarix hər zaman təkrar olunur…
 
(bizim.media)

OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...